Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Kənd təsərrüfatı qeyri-neft sektorunun ən iri sahəsidir. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Hər bir ölkənin kifayət qədər daxili ərzaq məhsulları ilə təmin edilməsi onun üçün prioritet vəzifədir.
    Azərbaycanda aqrar sektorun inkişafı ölkə rəhbərinin daimi diqqət məzkəzindədir və dövlətimiz tərəfindən dəstəklənir. Belə ki, keçmiş MDB dövlətləri arasında torpaq islahatı ilk növbədə Azərbaycanda keçirildi və torpaq özünün əsl sahibinə–kəndliyə qaytarıldı.
    Bu, birinci mərhələ idi. İkinci mərhələdə aqrar sektor maliyyə vəsaitləri və texnika ilə təchiz olundu. Belə ki, kəndlilərə güzəştli şərtlərlə kredit, texnika verildi, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad edildilər. Həmçinin onlara istifadə etdikləri yanacağa və sürtkü yağlarına görə subsidiyalar ödənildi. Gübrə, toxum, damazlıq heyvanlar da istehsalçılara dəyərindən aşağı qiymətlərlə satıldı.
    Hazırda Tərtər rayonunda əsasən kiçik və orta fermer təsərrüfatları fəaliyyət göstərir ki, onlar da ildən-ilə ölkənin ərzaq təhlükəsizliyinə öz paylarını artırırlar. Belə ki, rayonda taxıl, şəkər çuğunduru, günəbaxan, meyvə-tərəvəz və heyvandarlıq məhsulları istehsalının artımı sayəsində tərtərli fermerlər nəinki rayonumuzu həmin məhsullarla təmin edir, eləcə də respublikada əhalinin ərzaq məhsullarına olan təlabatının daxili bazar hesabına ödənilməsinə köməklik göstərirlər.
    Əldə olunan uğurların bir hissəsi əkin sahələrinin genişləndirilməsi hesabına qazanılırsa, digər çox mühüm səbəblər rayonda suvarmanı yaxşılaşdırmaq məqsədilə subartezian quyularının qazılması və əlavə kənd təsərrüfatı texni-kasının alınmasıdır. Bu barədə Prezident İlham Əliyev deyib: “Kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcəkdir. Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı, 5 min texnika gətirilməlidir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik”.
    Cari ildə rayonda 7545 hekat sahədə buğda və 4010 hektar sahədə arpa becərilmişdi.
    Rayonda subartezian quyularının sayı son illər 495-ə çatıb ki, bunların da vasitəsilə 13 min 500 hektar əkin sahəsi suvarılır. 3 ədəd isə artezian var.
    Taxılçılıqla yanaşı şəkər çuğunduru da rayonda sü-rətlə inkişaf edən sahələrdəndir. Hazırda 859 hektar sahədə bu qiymətli ərzaq məhsulu becərilir.
    Son illər Azərbaycan ət və süd məhsulları, yumurta ilə özünü tam təmin etməsə də, artıq bu həddə yaxınla-şıb və tərtərli fermerlər qürurla deyə bilərlər ki, bu işdə də onların payı var. Xüsusən də son dövrdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması bu məhsulların istehsalının xeyli artmasına səbəb olub.
    Bir sözlə, əhali kənd əməkçilərindən ekoloji cəhətdən təmiz və keyfiyyətli yerli ərzaq məhsulları gözləyir. Tərtərlilər dövlətin yaxından dəstəyi nəticəsində bu vəzifənin öhdəsindən layiqincə gəlirlər.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:02

    Teqlər:

İsmarıclar bağlıdır.