Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek
    Kənd təsərrüfatı PAMBIQÇILARIMIZ YENƏ DƏ ÖNDƏDİRLƏR üçün şərhlər bağlıdır

    Əvvəllər pambıqçılıq Tərtər rayonu üçün ənənəvi sahələrdən biri olub. Buranın iqlim şəraiti, torpağının bərəkətli olması, bol suyu bu sahənin inkişaf etdirilməsi üçün əlverişli sayılıb.
    Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illər ölkədə yaranmış böhran vəziyyət pambıqçılığa da təsirini göstərib. Müəyyən çətinliklər səbəbindən adamların tədricən bu işə marağı azalıb. Ancaq ötən illərin təcrübəsi, əmək qələbələrinin doğurduğu sevinc hissləri, evlərə gələn halal qazanc və bunun müqabilində yaxşılaşan həyat tərzi unudulmamışdı. Ona görə də Prezident İlham Əliyev ölkədə pambıqçılıq sahəsinin inkişaf etdirilməsi məsələsini qarşıya qoyanda, bu işə ilk qoşulanlar cərgəsində tərtərlilər də oldu.
    Ölkə başçısının bu qərarı hamı tərəfindən rəğbətlə qarşılandı. Ötən ilin yekunları isə sübut etdi ki, Tərtərdə pambığın əkilib-becərilməsi üçün həm lazımi şərait, həm də insanların həvəsi var. Bunlar birləşəndə isə qələbələr qazanılır. Ötən mövsümdə olduğu kimi. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad etdilər. Sonra bayram yığıncağı Gənclər Mərkəzində davam etdirildi.
    Mərasimi giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən, əhalinin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olduğundan, müharibə şəraitində yaşamağın bütün çətinliklərinə baxmayaraq, qəhrəman tərtərlilərin son illərdə, eləcə də cari ilin doqquz ayı ərzində bitkiçilik və heyvandarlıq məhsulları istehsalı üzrə yüksək nəticələr əldə edərək, respublikada ön cərgədə olduqlarından danışdı. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İŞGÜZAR İNSANLARIN YAŞADIĞI MƏKAN: HACIQƏRVƏND üçün şərhlər bağlıdır

    KƏNDİN “VİZİT KARTI”

    Hər kəndin özünəməxsusluğu var. Xüsusən də yaşayış məntəqəsinin girəcəyi sanki həmin yerin “vizit kartı” hesab olunur. İlk təəssürat da elə buradan başlayır.
    Magistral yoldan Hacıqərvənd kəndinə dönəndə insanın qəlbi də, gözü də sevinir. Yolun hər iki tərəfində yerləşən və ildən-ilə bir az da boy atan həmişəyaşıl ağaclar bura xüsusi gözəllik verir. Son vaxtlar tikilən “Ehsan bulağı” da tərtibatı ilə diqqəti cəlb edir. Yolun lap əvvəlində isə hər iki tərəfdən gül əkiləcək.
    Bu gözəllikləri yaradanlardan biri– kənd sakini Mehman Mehdiyevlə də elə burada görüşdük. O bildirdi ki, həyatda doğma yurddan, el-obadan əziz heç nə yoxdur. Onu abadlaşdırmaq, daha yaraşıqlı etmək isə hər kəsin vətəndaşlıq borcudur. Bu istək ürəkdən gəlməlidir. Mehman da kəndin adi sakinlərindən biri kimi həm özü bu iş üçün çalışır, həm də başqalarını həvəsləndirir. O deyir ki, Hacıqərvənd kəndində doğulub boya-başa çatan, hazırda respublikamızın digər şəhərlərində yaşayan yüzlərlə insan var. Əgər onların hər biri kəndə gəlişləri zamanı burada bir ağac əkcə, kəndimiz daha da gözəlləşər.

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı ŞƏHİD ATASININ SON ARZUSU üçün şərhlər bağlıdır

    Kəndin mərkəzində Qarabağ müharibəsi şəhidlərinin şərəfinə abidə ucaldılıb. Bu qəhrəmanlar kəndin qüruruna çevriliblər. Bu barədə bizə şəhid atası Yusif Babayev danışdı. O dedi:
    –Oğlum Raqub 1974-cü ildə doğulmuşdu. Bütün həmyaşıdları kimi vaxtı çatanda orduya çağırıldı. Raqub 6 ay Ağdərə istiqamətində döyüşdü. Döyüş dostları danışırlar ki, o, qorxmaz, igid bir əsgər kimi vuruşurdu. 1994-cü il yanvarın 14-ü Çıldıran əməliyyatı zamanı qəhrəman kimi həlak oldu.
    Şəhid atası Azərbaycan Ordusunun bugünkü gücündən, qüdrətindən ürəkdolusu danışdı. Dedi ki, bütün xalqımız kimi şəhid ailələri də Prezident İlham Əliyevin apardığı siyasəti bəyənir və dəstəkləyirlər. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İNFRASTRUKTUR YENİLƏNİB üçün şərhlər bağlıdır

    2018-ci il yanvarın 1-i vəziyyətinə Hacıqərvənd kəndinin əhalisi 2908 nəfər təşkil edir. Burada 700 təsərrüfat, 550 ev var. Müstəqillik illəri hacıqərvəndlilərin də həyatını tamamilə dəyişib. Əvvəlki palçıqlı küçələr, işıqsız evlər, susuz həyətlər yoxdur. Telefonla danışmaq üçün rayon mərkəzinə getmək lazım deyil. Mobil telefonlardan əlavə, kənddə 275 nömrəlik EATS fəaliyyət göstərir. 96 evə internet xətti çəkilib. 2010-cu ildə isə yeni poçt binası istifadəyə verilib.
    Kənd icra nümayəndəsinin müavini Vaqif Aslanov deyir:
    –Son vaxtlara qədər əhalini narahat edən problemlərdən biri mavi yanacağın olmaması idi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində və rayon rəhbərliyinin yaxından köməkliyi ilə bu məsələ də həllini tapdı. Kəndin yarısında köhnə elektrik xətləri və dirəkləri dəyişdirilib, qalan hissəsinin də dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, əhalini narahat edən hər bir məsələ diqqət mərkəzində saxlanılır və onlar qısa müddətdə həllini tapır.

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı PAMBIQÇILIĞA MARAQ ARTIB üçün şərhlər bağlıdır

    Cari təsərrüfat ilində digər sahələrlə yanaşı Hacıqərvənd kəndində pambıq əkini də diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdən fərqli olaraq 25 hektar sahədə bu qiymətli texniki bitki əkilib. 8 hektarda pambıq becərən Kəmaləddin Heydərov deyir:
    – Mən ixtisasca mühəndis – mexanikəm. Əvvəlki dövrdə kəndin maşın-traktor parkında işləyirdim, maşınla məhsul yığımını təşkil edirdim. Kolxozumuzun adı həmişə qabaqcıllar sırasında çəkilirdi. Camaat pambıqdan əldə etdiyi qazanc hesabına yaxşı dolanırdı. Tədricən bu sahə gəlir gətirmədiyinə və suvarmada çətinliklər yarandığına görə unuduldu. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər sanki bizi keçmiş illərə qaytardı. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İRİ FERMER TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    Hacıqərvənddə son illər kiçik fermerlərlə yanaşı, iri fermerlər də fəaliyyət göstərir. Bunlardan biri də Asəf Mehdiyevdir. Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərovdan öyrəndik ki, Asəf öhdəsində olan 120 hektar sahədə əsasən taxıl, günəbaxan əkir. Xurma və ərik bağı da var. Həmçinin qoyunçuluqla məşğuldur.
    Biz kənddə olarkən fermerin özü ilə görüşüb söhbət etdik. O dedi:
    – Prezident İlham Əliyevin taxılçılıqla məşğul olan fermerlərin qarşısına qoyduğu vəzifələrdən biri bu sahənin məhsuldarlığının artırılmasıdır. Bunun üçün iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji proseslər yayılmalıdır, başqaları tərəfindən də öyrənilməlidir. Ölkə başçısının dediyi kimi, “belə olan halda biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik”. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı KEYFİYYƏTLİ ƏT İSTEHSAL OLUNUR üçün şərhlər bağlıdır

    Bu kənddə Mehdi və Səyyad Nəbiyevlərin maldarlıq təsərrüfatında da olduq. Əvvəlcə qeyd edək ki, onların həyətində ilk rastlaşdığımız mənzərə gözəl güllər idi. Bu güllüyü və hər yandakı səliqə-sahmanı görəndə inanmaq olmur ki, ev sahibləri elə burada, həyətdə iri-buynuzlu mal-qaranın kökəldilməsi ilə məşğuldurlar.
    Eyni səliqə-sahman təsərrüfat həyətində də vardı. Qışa kifayət qədər ot və yem tədarük olunmuşdu. Onu da qeyd edək ki, ailənin kiçik yemüyüdən sexi var. Həm özləri, həm də kənd sakinləri bu sexdən istifadə edərək, yemləmədə israfçılığın qarşısını alırlar. Mehdi Nəbiyev dedi:
    –Hər bir işin çətinliyi var. Maldarlıq da asan peşə deyil. Xüsusən də kökəltmə zamanı ikiqat məsuliyyətli olmalısan. Biz çalışırıq hər bir işi vaxtında görək ki, əlimiz boşda qalmasın. Şükür Allaha, həm özü-müz dolanırıq, həm də əhaliyə keyfiyyətli ət məhsulu satırıq.

    Teqlər:

  • 29Okt
    Kənd təsərrüfatı 1 NOYABR KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
    Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.

    ƏHALİNİN HƏYATI YAXŞILAŞIB

    Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Kənd təsərrüfatı HALALLIQ ONLARIN PEŞƏ XÜSUSİYYƏTİDİR üçün şərhlər bağlıdır

    Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
    Bunun arxasında isə BTS-in kollektivinin uzun elmi axtarışları və gərgin zəhmətləri dayanır.
    Kənd Təsərrüfatı İşçiləri Günü munasibəti ilə biz onlardan biri–toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev haqqında söhbət acmaq istəyirik.
    BTS-in direktor əvəzi Həqiqət Həşimova onu bizə belə təqdim etdi:
    – Olduqca halal və zəhmətkeş insandır, peşəsinin vurğunudur. Kollektivdə böyük nüfuzu var, həm də ailəcanlıdır.
    Xalqımızın mentalitetində çörək müqəddəs kitabımız olan “Qurani-Kərim”dən irəli gəlib” inancı var. Çörəyə and içmək, “Quran”a and içmək kimidir. Yeni taxıl növlərinin yetişdirilməsi üzərində işləyənlər də bütün gün müqəddəs nemətlə çalışdıqları üçün halallıq onların peşə xüsusiyyətidir. Daha ətraflı »

    Teqlər: