Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    “PAMBIQÇILIĞIN İNKİŞAFINA DAİR  2017-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” YERİNƏ YETİRİLİR

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
    Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respubli-kaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticə-sində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmışdır. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmışdır.
    Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin sə-viyyəsi hal-hazırda da bir sıra bölgələrdə pambıq əkininin həyata keçirilməsinə imkan verir. Bununla belə, rəsmi statistik məlumatlara əsasən 1990-2015-ci illərdə pambıq əkini sahəsi və istehsalı azalmışdır. Təkcə 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil etmişdir.
    Dövlət Proqramının qəbul edilməsində məqsəd ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılma-sıdır.
    Bununla bağlı Proqramda pambıqçılığının inkişafının əsas istiqamətləri müəyyən edilib. Həm də qeyd olunub ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının geniş-ləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır.
    Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.
    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da bu sahədə xeyli iş görülüb. Ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən təkcə 2017-ci ildə rayonumuzda 8420 ton pambıq tədarük olunub. Əvvəlki ilə nisbətən pambıq əkini 3 dəfə, məhsul tədarükü 3,6 dəfə artıb. Hər hektardan məhsuldarlıq 27 sentnerə çatıb ki, bu da respublika üzrə rekord göstəricidir.
    Hal-hazırda rayonumuzda 3300 hektar sahədə pambıq becərilir. Məqsəd ötən ilin göstəricisini daha da artırmaq, pambıqçılığın inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirməkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:07

    Teqlər:

İsmarıclar bağlıdır.