Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini yekunlaşdırıb.
    Müəllimlər, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib.
    Azərbaycanın tarixən sahib olduğu tolerant və multikultural dəyərlərdən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu deyib. Qeyd edib ki, milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında əsas lokomotivlərdəndir və Ulu Öndər Heydər Əliyev də məhz bu səbəbdən həmin dəyərlərin qorunub saxlanılmasını, gələcək nəsillərə sağlam şəkildə ötürülməsini istəyirdi.
    Tərtər şəhər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının yüksək səviyyədə olduğunu qeyd edib.
    Daha sonra çıxış edən DQİDK-nın Dini Maarifləndirmə işinin Təşkili Şöbəsinin əməkdaşı Orxan Maşayev bəzi məsələlərə aydınlıq gətirib.

    Müəllif: Redaktor, 10:18

    Teqlər:

İsmarıclar bağlıdır.