Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Xəbərlər İƏD üzrə icra nümayəndəliklərində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

                                                                                GÖRÜLMÜŞ İŞLƏR MÜZAKİRƏ OLUNDU

    Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2019-cu ildə gördüyü işlər barədə hesabat yığıncağı keçirildi. Yığıncaqda inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri,Tərtər bələdiyyəsinin üzvləri, ərazidə yerləşən idarə, müəssisə və təşkilatların təmsilçiləri, ağsaqqallar, gənclər və ərazidə məskunlaşmış məcburi köçkünlərin nümayəndələri iştirak etdilər. Tədbirdə İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Sahib Həsənov 2019-cu ildə görülmüş işlər barədə geniş məruzə etdi. Məruzədə rayonda, eləcə də Tərtər şəhərində aparılan quruculuq-abadlıq işlərindən, şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən bəhs olundu, küçələrin abadlaşdırılması, yaşıllaşdırma işlərinin aparılması, sakinlərin qaz, su və elektrik enerjisi ilə tam təmin olunması, həmçinin yol verilmiş nöqsanlar və s. barədə söz açıldı. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər “ANA DİLİ MİLLİ VARLIĞIMDIR üçün şərhlər bağlıdır

    Şəhər 6 saylı tam orta məktəbdə “Ana dili milli varlığımdır” mövzusuna həsr olunmuş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zülfiyyə Abdullayeva açıb.
    Dövlət himni səsləndirilib.
    Məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər “ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏDƏ MƏNƏVİ DƏYƏRLƏRİN ROLU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər İnşa yazı müsabiqələri üçün şərhlər bağlıdır

    “TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR”

    Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 27Fev
    Xəbərlər “XOCALI ƏSRİN FACİƏSİDİR” üçün şərhlər bağlıdır

    Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Fev
    Xəbərlər ATƏŞKƏS REJİMİ TEZ-TEZ POZULUR üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər GƏNCLİK ÖMRÜN TƏRAVƏTİDİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi, onlara apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ŞƏHİD RAFİQ NURİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Bu günlərdə şəhər 6 saylı tam orta məktəbdə şəhid Rafiq Nuriyevin anım günü qeyd olundu. Anım günündə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
    Əvvəlcə məktəbin həyətində Rafiq Nuriyevin adına düzəldilmiş xatirə bulağının üstündəki şəklin önünə al qərənfillər düzüldü. Sonra tədbir məktəbin iclas otağında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açdı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Xəbərlər 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirildi.
    Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, eləcə də yerli mətbuat nümayəndələri iştirak etdilər.
    Tədbir iştirakçıları öncə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 20 Yanvar faciəsinin tariximizdə təkcə faciə kimi deyil, eyni zamanda xalqın öz azadlığı və dövlət müstəqilliyi uğrunda apardığı mübarizə günü kimi də qeyd olunduğunu bildirdi.
    YAP rayon təşklatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova tədbirdə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzə etdi. Daha ətraflı »

    Teqlər: