Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Rəcəbli kəndində keçirildi.
    Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kənd haqqında məlumat verdi. Bildirdi ki, Sarov kənd İnzibati Ərazi Dairəsi 5 kəndi–Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazisi 1411 hektar, təsərrüfatların sayı 527, fərdi yaşayış evlərinin sayı 368-dir.
    Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
    Sonra görülən işlərdən danışıldı. Tədbirdə çıxışlar oldu. Məktəb direktoru Mayıl Aslanov, kənd sakinləri İsrail Mahmudov, Zöhrab Şirinov, Mehman Səfərov, Feyzi Xəlilov, Cavanşir Məmmədov, Emin Nuruyev, Təranə Məmmədova Rəcəbli kəndində içməli su və suvarma suyu üçün yeni artezianların vurulması, elektrik xətlərinin əsaslı təmiri, kəndə gələn yolun asfaltlanması, tibb məntəqəsinin tikilməsi, kəndin telefonlaşdırılması, qəbristanlığa gedən yola çınqıl döşənməsi və s. məsələlər barədə müraciətlər etdilər.
    Müraciətlərlə bağlı icra başçısı əlaqədar qurumlara lazımi tapşırıqlar verdi.
    Sonda icra başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
    * * *
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş–qəbulu Əskipara kəndində keçirildi. Görüşə kəndin 100 nəfərdən çox sakini gəlmişdi.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.