Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    Əziz bacı və qardaşlarım!
    Hörmətli və qəhrəman tərtərlilər!
    Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərini qorumuş və nəsildən–nəsilə ötürmüşdür. Bunlardan biri də müqəddəs Qurban bayramıdır.
    Mən sizi və sizin timsalınızda bütün xalqımızı bu müqəddəs gün–Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxt həyat, bol ruzi-bərəkət arzulayıram! Vətənimizin səması həmişə aydın, sakit və işıqlı olsun! Ulu Tanrı Peyğəmbəri bir, Kitabı bir, Qıbləsi bir olan bütün müsəlmanları qorusun!
    Qurban sözünün lüğəti mənası yaxınlıq anlamını verir. Qoy bütün insanlar bir-birlərinə yaxın və mehriban olsunlar!
    Hamınız da bilirsiniz ki, Azərbaycanda dini etiqad azadlığı mövcuddur, İslamın müqəddəs dəyərlərinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin bütün dinlərin nümayəndələri ölkəmizdə sərbəst və azad şəkildə öz inanclarını yerinə yetirə bilirlər. Buna görə də Azərbaycan bütöv dünyada tolerantlıq modellinin nümunəsi kimi tanınır.
    Allahın Rəsulu bir hədisində belə buyurmuşdur: “Allah qatında günlərin ən böyüyü Qurban bayramının ilk günüdür”. Bu gün imkanlı müsəlmanların qurban kəsərək kasıbları və kimsəsizləri sevindirəcəkləri bir gündür, ehtiyac sahibi kimsəsizlərə maddi və mənəvi dəstək olmaq üçün daha üstün bir gündür. Biz də bu günün fəzilətlərindən yetərincə istifadə etməliyik. Əgər HZ. İbrahim öz oğlu İsmaili Rəbbi yolunda qurban kəsməyə hazır idisə, imkanlı müsəlmanlar nəyə görə bir heyvan kəsib fəqir-füqəraya paylamasınlar?
    Həmişə olduğu kimi bayram günlərində rayonumuzda aztəminatlı ailələri, kimsəsizləri, ehtiyacı olanları, qaçqın və məcburi köçkün olan soydaşlarımızı, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizi, şəhid ailələrini bir daha yada salacağıq, onlara qurban əti və sovqatlar paylayacağıq.
    Uca Allah sizin və bütün dünya müsəlmanlarının Qurban bayramını xeyirli və mübarək etsin!

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.