Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatla-rının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edirdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq qəbula gələnləri salamladı və qeyd etdi ki, bu gün sizinlə görüşə gəlmişik ki, qayğı və problemlərinizi öyrənib, sizlərə köməklik göstərək.
    Sonra Kəbirli kənd icra nümayəndəsi Azər Yaqubzadə kənd haqqında məlumat verdi.
    Qəbulda çıxışlar oldu. Kənd sakinləri Zakir Bayramov, Yunis Məmmədov və Şəmsi Orucov son illər rayonda, həmçinin Kəbirli və Bayandur kəndlərində həyata keçirilən tədbirlərdən danışdılar. Əsasən Qaradağlı–Kəbirli–Bayandur yolunun asfaltlanmasına görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.
    Rəşad Orucov və Gülbəniz Məmmədova müxtəlif şəxsi məsələrlə bağlı müraciətlər etdilər. Müraciətlərin həlli ilə bağlı əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sonda Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlərdən danışdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.