Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    “QONAQ ALLAH QONAĞIDIR”

    Qədim Azərbaycan adət-ənənəsinə görə qonaq Allahın qonağı sayılır. Hər bir evdə, hətta kasıb ailələrdə belə qonaqlar üçün ayrıca otaq ayrılır. Ən yaxşı əşyalar burada saxlanılır, bahalı qabqacaq qonaqlar gələndə işlədilir. Ona görə də bütün dünyada Azərbaycanın adı çəkiləndə ilk növbədə xalqımızın qonaqpərvərliyi, səmimiyyəti yada düşür.
    Azərbaycan ədəbiyyatında, xüsusən də dastanlarımızda bu adətlərə geniş yer ayrılır, insanlarımızın qonaqpərvərliyi təsvir olunur. Dədə Qorqud dastanında deyilir ki, qonaq olmayan evlər dağılsa yaxşıdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli öz əsərlərində qonaqpərvərlik səhnələrini çox gözəl yaratmışlar. Azərbaycana, o cümlədən Tərtərə səyahət edən Aleksandr Düma xalqımızın qonaqpərvərliyi haqqında heyranlıqla yazmışdır.
    Azərbaycan inanclarına görə, qonağın ruzisi özündən əvvəl gəlir. Həm də onu da deyirlər ki, qonağı necə qarşılasan, Allah da ruzini ona uyğun yetirəcək.
    Keçmişdə olduğu kimi, bu gün də ölkəmizdə qonaqpərvərlik ənənələri yaşayır və davam etdirilir. Məhz buna görə də indi Azərbaycanda müxtəlif humanitar forumlar, idman yarışları, musiqi festivalları keçirilir və həm ölkəmizin gözəlliyi, həm də insanların xoş rəftarı, mehribançılığı xarici qonaqları valeh edir.
    Bir zamanlar Aleksandr Dümanı öz gözəlliyi ilə heyran edən Tərtərə də indi tez-tez dünyanın müxtəlif guşələrindən qonaqlar gəlir. Bunun bir səbəbi rayonumuzun cəbhə bölgəsi olaraq burada yaşayan insanlar uzun illərdir ki, erməni təcavüzünə məruz qalmasıdırsa, digər səbəbi isə tərtərlilərin qonaqpərvərlik ənənələrinə sadiqliyi, üzügülərliyi, səmimiyyətləridir. Tərtərlilər əmindirlər ki, gün gələcək, xarici qonaqlar bu yerlərə müharibənin vurduğu ziyanları görmək üçün yox, gözəlliklərdən zövq almaq üçün turist kimi səfər edəcəklər.

    Svetlana BİLALQIZI

    Müəllif: Redaktor, 10:00

    Teqlər:

İsmarıclar bağlıdır.