Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar
    Milli-mənəvi dəyərlər ELİMİZİN ƏZİZ BAYRAMI NOVRUZUN MÜJDƏÇİLƏRİ–ÇƏRŞƏNBƏLƏR üçün şərhlər bağlıdır

    NOVRUZ GƏLİR, YAZ GƏLİR

    Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
    Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
    İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    SAZ ÇALDIRIB, ÇILPAQ QIZ OYNATMAZLAR!

    AYIBDIR, VALLAH!!!


    Saz Azərbaycan xalqının müqəddəs bildiyi bir milli-mənəvi dəyər rəmzidir. “Dədə Qorqud” boylarından Qopuz kimi çağlayan bu ovsunlu, sehrli çeşmə Koroğlunun qılıncla qoşalaşdırdığı bir güvənc və məftunluq mənbəyidir. Düşmənlə döyüşə sazla atılarmışlar, qalibiyyət də sazın təntənəsiylə bayram edilərmiş. Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb onun yanında saz çaldırarmış. Sazın səsini eşidən Qırat layla səsindən xumarlanan uşaq kimi sakitləşərmiş. Bir də deyirlər ki, saz çalınanda birinin nəbzini tut, ürək döyüntüsündə dəyişiklik olmasa, o, xalis azərbaycanlı deyil. Həqiqətən də, saz havası, məsələn “Ruhani”, “Baş sarıtel”, “İncəgülü”, “Dubeyti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” və s. ifa olunanda adamın bütün varlığı sazın pərdələrinə dönür, bu dünyanı unudursan, ovqatında bir dəyişmə, bir təzələşmə baş verir, qoşulub bu ahəngə axırsan, durulaşırsan, dünya gözündə musiqiyə bələnir, dərdin-sərin, ağrınacın yumşalır, ürəyin silkələnib yuxalır, bütün pisliklər yoxa çəkilir, yerində rahatlıq və dinclik qalır. Sazbənd Fərman Xuduoğlu özünün düzəltdiyi sədəfli sazında bir “Orta Sarıtel” çalsın, qulağına ana laylası, bir dağ şəlaləsinin “Cəngi”si, “Heyratı” ifa edən bir xor, Xəzərin qayalara çırpınan dalğalarının hikkəli səsi gəlməsə, sən adam deyilsən ki! Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Milli-mənəvi dəyərlər SUALLAR CAVABLANDIRILIB üçün şərhlər bağlıdır

    Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    DƏBLƏR VƏ İCTİMAİ QINAQ

    Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
    Ölkəmizdə avropalaşma prosesi sürətlə gedir. Ancaq hər bir azərbaycanlının borcu dilimizi, əxlaq normalarımızı qoruyub, saxlamaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarət olmalıdır. Dünya ölkələrinə inteqrasiya etmək o demək deyil ki, öz adətlərimizi unudaq. Milli-mənəvi dəyərlərimiz sərvətimizdir. Ulu öndər Heydər Əliyev deyib: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    HEÇ OLMASA HƏRDƏN “DƏLİ KÜR”ü XATIRLAYIN

    Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
    Yaxın günlərin söhbətidir. İşdən çıxıb evə gedirdim. Hava yağışlı olduğu üçün şəhərarası avtobusa əyləşdim. Növbəti dayanacaqda 13-14 yaşlarında bir yeniyetmə oğlan əlində pryanik və alkoqollu içki gəlib əyləşdi. Bunu görən bir-iki nəfər dilləndi: Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Milli-mənəvi dəyərlər TELEVİZİYA VƏ İNTERNET MƏKANLARINDA ÖZBAŞINALIQ üçün şərhlər bağlıdır

    XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
    XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
    Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox? Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Milli-mənəvi dəyərlər Məişət zorakılığı üçün şərhlər bağlıdır

    YÜZ ÖLÇÜB, BİR BİÇMƏK LAZIMDIR

    –Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
    Bütün ailələrin çəkə biləcəyi yükü, çətinliyi olduğu kimi, ideal ailənin də yoxluğu məlum məsələdir. Bu problemlər ailə üzvləri arasında öz həllini tapmalıdır. Bəzən həllini tapmayan məsələlər ailə münaqişəsinə, hərdən isə məişət zorakılığına yol açır. Belə hallar qadın və uşağa, hətta övladın valideynə güc tətbiq etməsinə gətirib çıxarır.
    Məişət zorakılığının baş verməsi səbəblərini sosioloqlar “qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər”, psixoloqlar insanlarda “psixoloji pozuntuların yaşanması”, həkimlər isə “narkotik və alkoqol” kimi vasitələrin insan həyatına daxil olması ilə əlaqələndirirlər.
    Bəzən məişət zorakılığı ilə üzləşən qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və fikirləşirlər ki, camaat məni öz həyat yoldaşımdan şikayət etdiyim üçün qınayar. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Milli-mənəvi dəyərlər İNSANLARI NƏYƏ VƏ NƏDƏN SÜRÜKLƏYİRSİNİZ? AĞLIN ÇAŞIB, YAFƏS TÜRKSƏS?! üçün şərhlər bağlıdır

    Bu yaxınlarda sevə-sevə oxuduğum “Ədalət” qəzetində gənc yazar Ayxan Ayvazın Yafəs Türksəslə müsahibəsini oxudum (16 noyabr 2018-ci il). Etiraf edim ki, Yafəs Türksəs haqqında heç bir məlumatım yox idi, şeirləri ilə də tanış deyildim. Ancaq yazıdan onun da, onun sevgilisi kimi təqdim etdiyi (deyəsən o da tanımadığım şairələrdəndir) Yeganə xanımın həyat yoldaşının da nə qədər “xoşqeyrət” olduğunu anladım. Müsahibədə sevdiyi qadının həyat yoldaşı haqqında dediklərini olduğu kimi yazıram: “Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. (A kişilər, dünya ədəbiyyatı bizə biqeyrətsizlikmi öyrədir ?!). Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi (qeyrətinə heç kim yox, elə öz həyat yoldaşı qurban olsun) bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb(?). Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdur, dostuq, eləcə mənim saçımı sığallayır.” Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Milli-mənəvi dəyərlər “DİLİNİ BİLMƏYƏN ANASINI TANIMAZ” üçün şərhlər bağlıdır

    Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
    Biz körpəlikdən qocalanadək bu dili eşidə-eşidə yaşayırıq. Dil ilə insanlar bir-biri ilə ünsiyyət bağlayır, qəlbindəki sözləri bir-birinə çatdıra bilirlər.
    Vətənə, xalqa, anaya, dilimizə məhəbbət bu dili oxuyub-yazmağı bacardıqdan sonra daha da güclənir.
    Hal-hazırda müstəqil dövlətimiz, ordumuz, hakimiyyət orqanlarımız, pulumuz var. Başqa ölkələr bizimlə ticarət əlaqələri, mədəni əlaqələr saxlayırlar.
    Dünyadakı 50 milyon azərbaycanlının 10 milyona yaxını doğma ölkəmizdə yaşayır. Mühacirətdə olan həmvətənlərimiz qürbətdə yaşasalar da, dilini və adətlərini unutmurlar, xalqımızı və dilimizi layiqincə təmsil edirlər. Erməni quldurlarının başımıza açdığı oyunları, torpaqlarımızın 20%-indən çoxunu işğal etdiklərini dünya ictimaiyyətinə çatdırırlar. Bütün bunların hamısı xalqımızın öz vətəninə, həmçinin öz dilinə sevgisindən, məhəbbətindən irəli gəlir. Millətimizin qərib ölkədə olan bir çox övladları xaricdə doğulsalar da, doğma dilimizdə danışır və anadilli elm ocaqlarında təhsil alırlar.
    Mənim xalqım doğma, şirin ana dilini heç vaxt unutmur və unutmayacaq da! Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Milli-mənəvi dəyərlər MƏİŞƏT ZORAKILIĞI, AİLƏ MÜNA-SİBƏTLƏRİNDƏ QADIN HÜQUQLARI MÖVZUSUNDA SEMİNAR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-(AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.
    Layihə üzrə növbəti seminar Tərtər rayonunda təşkil edildi.
    Seminarı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açaraq layihənin əhəmiyyətindən bəhs etdi.
    Seminarlar zamanı bəzi iştirakçılara hüquqi məsləhətlər verildi.

    “Yeni Tərtər”

    Teqlər: