Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihəni davam etdirir. İctimai birliyin sədri Tahir Xudiyev, təşkilatın hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyətinin üzvü Məlahət Abdullayeva Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.
    Görüşdən əvvəl Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov, şöbə müdirinin müavini Elvin Umudovla keçirilən görüşdə layihənin vacibliyindən danışılıb.
    Tərtər Rayon Gənclər Mərkəzində yüz nəfərə yaxın sakinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ramiz Şabanov “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin rayona gəlişinin məqsədi barədə iştirakçıları məlumatlandırıb.
    Təşkilatın sədri və layihə rəhbəri Tahir Xudiyev ictimai birlik barədə qısaca məlumat verib, həyata keçirilən layihənin məqsədinin məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllində onlara dəstək olduğunu bildirib.
    Hüquqşünas Fərman Rzayev çıxış edərək ictimai birliyin imkanları çərçivəsində köməyə ehtiyacı olan insanlara daim dəstək verilməsindən danışıb, eləcə də görüş iştirakçılarının suallarını cavablandırıb.
    “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü, polis veteranı, Qarabağ müharibəsi iştirakçısı Həsənağa Bayramov rayonda yaşayan 150 nəfərə yaxın əlilliyi olan veteran polis işçilərinin və digər kateqoriyadan olan əlil insanların problemlərinə daim həssaslıqla yanaşıldığını qeyd edib. O, əlilliyi olanların, veteranların, təqaüdçülərin, hətta cəzaçəkmə müəssisələrində bu kateqoriyadan olan insanların təqaüdlərinin vaxtlı-vaxtında verilməsi və digər sosial probleminin müsbət həllinə yardım edildiyini bildirib.
    Şəhid ailəsi, məcburi köçkün, 2-ci qrup əlil Şura Əliyeva, şəhid ailəsi Nəzakət Həsənova və digərləri sosial problemlərinin həllində onlara köməklik göstərməyi ictimai birlik üzvlərindən xahiş ediblər.
    Məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil İlqar Qasımov çıxışında Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərin problemlərindən və onların həlli yollarından danışarkən respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını bu problemlərin həllinə yardım etməyə çağırıb.
    Tədbirin sonunda Tahir Xudiyev görüşün təşkil edilməsində yaradılan şəraitə görə Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin kollektivi adından təşəkkürünü bildirib.

    “Vətəndaş cəmiyyəti” jurnalı

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.