Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    ALİMLƏR KÖMƏYƏ GƏLİR

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyasında təsərrüfat işlərinin qızğın çağıdır. Bu ünvan ölkənin qabaqcıl fermerlərinə yaxşı tanışdır. Taxıl toxumçuluğu ilə məşğul olanların stansiya ilə sıx və işgüzar əlaqələri var. Burada yetişdirilən yüksək reproduksiyalı toxumlara tələbat çoxdur.
    Cari il təcrübə stansiyasının ərazisində 277 hektar sahəyə taxıl əkilmişdir. Bunun 30 hektarı elmi əkinlərdir. Elmi əkinlərin əsasını “Qobustan”, “Fatimə”, “Qırmızı gül1”, “Murov-2” buğda, “Qarabağ-22” və “Qarabağ 33” arpa sortları təşkil edir.
    Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi zona təcrübə stansiyasının fəaliyyətində də canlanma yaratmış, aqrar sektorun elmi əsaslar üzərində inkişafına güclü təkan vermişdir. İndi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun taxılçılıq üzrə mütəxəssisləri tez-tez bölgədəki təcrübə stansiyasında olur, elmi axtarışlarını davam etdirirlər. Tanınmış alim Abdin Abdullayev məhsuldar buğda sortları yetişdirmək istiqamətində bir sıra nailiyyətlərə imza atmışdır. Abdin müəllim “Murov-2”, “Şəfəq-2”, “Azəri” və digər məhsuldar buğda sortlarının müəllifidir.
    Stansiyanın direktor əvəzi Həqiqət Həşimova ilə sahədə görüşdük. Hazırda Əkinçilik İnstitutunun dissertantı olan Həqiqət Həşimova söhbət zamanı dedi:
    – Ölkəmizdə sosial-iqtisadi inkişaf dinamik xarakter almışdır. Aqrar sektorun bu inkişafdan geri qalmaması üçün dövlət səviyyəsində qəbul edilən qərarlar, həyata keçirilən məqsədyönlü tədbirlər təqdirəlayiqdir. Elmi əsaslara söykənmədən, qabaqcıl təcrübəni, mütərəqqi texnologiyaları yara-dıcılıqla tətbiq etmədən müasir dövrdə əkinçiliyin inkişafına nail olmaq mümkün deyil. 1990-cı ildən bu stansiyada çalışıram. Bu il Tərtər Təcrübə Stansiyasının fəaliyyətə başlamasının 85 ili tamam olur. Ötən illər ərzində taxıl toxumlarının yetişdirilməsində stansiyanın elmi əməkdaşları yaddaqalan xidmətlər göstərmişlər. Görkəmli seleksiyaçı akademik Cəlal Əliyevin stansiya ilə əlaqələri sıx olmuşdur. Akademikin bir çox tövsiyələri bu stansiyada istehsalata uğurla tətbiq edilmiş, həyata vəsiqə almışdır. Biz qarşıya qoyulan vəzifənin məsuliyyətini yüksək dəyərləndiririk. Bu vəzifələrin şərəflə reallaşdırılması üçün stansiyanın maddi-texniki bazası müasir tələblərə uyğun olaraq möhkəmləndirilməlidir. Stansiyada laboratoriya avadanlıqlarına ciddi ehtiyac var. Müasir tipli anbarların, maşın-mexanizm üçün qarajın inşası çox vacibdir.
    Həqiqət xanımın söhbətindən görünürdü ki, əkinçilik mədəniyyətini yüksəltməyin ölkədə canlı nümunəsi olan Tərtər Bölgə Təcrübə Stansiyasının kollektivində sabaha inam böyükdür. Elmlə istehsalatın qovuşduğu, aqrar sektorun yüksəlişinə etibarlı bünövrə qoyulduğu stansiyada hər kəs çalışır ki, ümumi işə daha çox töhfə versin.

    Lazım Quliyev,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.