Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Tərtər rayonunda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayan-durlu-Qaradağlı avtomobil yolunun inşası yekunlaşmaq üzrə-dir. Uzunluğu 21,5 kilometr olan bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolağı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 qat olmaqla 12 santi-metr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə həyata keçirilib.
    Hazırda yolun çiyin hissələrinin hamarlanması işləri aparılır. Layihə əsasında yolboyu 8 avtobus dayanacağı, 142 ədəd yol nişanı, 22 ədəd kilometr göstəricisi və 840 ədəd siqnal dirəyi quraşdırılacaq, hərəkətin normal təşkili üçün 54,5 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkiləcək.
    Avtomobil yolunun tikintisi ilə Tərtər rayonunun altı kəndində sakinlərin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

    Müəllif: Redaktor, 15:22

    Teqlər:

İsmarıclar bağlıdır.