Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birgə seminar təşkil edib.
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” adlı tədbirdə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalmasından və ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.
    Təşkilatın sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdə adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir.
    Təşkilatın sədri onu da qeyd edib ki, birlik və bölünməzlik dövlətlərin varlığını qoruyub saxlayan əsas amillərdir. Bu dəyərlərdən məhrum ölkələrdə heç vaxt əmin-amanlıq olmur. Buna görə də milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı mütləq şəkildə alınmalıdır.
    Seminarın təlimçisi, Dini İcmanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Hacı Sadiq Cəfərov bu mövzu haqqında geniş çıxış edib.
    Seminarda Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin Umudov bu cür layihənin Tərtərdə icrasına görə rayon rəhbəri adından qonaqlara təşəkkürünü bildirib.

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.