Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsi işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulayıb.
    İcra başçısı bildirib ki, “Təhsil millətin gələcəyidir”, -deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu söyləmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ulu Öndərin layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına böyük önəm verir.
    Rayon rəhbəri təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali (onlardan 191 nəfəri builki, 33 nəfəri isə əvvəlki illərin məzunlarıdır), 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı tam orta məktəb (31 nəfər), şəhər 2 saylı məktəb-lisey (26 nəfər), Güləbatlı (10 nəfər), Qapanlı (8 nəfər) kənd tam orta məktəbləri fərqləniblər.
    Qeyd olunub ki, ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadəyə ve- rilibdir. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu əsaslı təmir və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir olunubdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hazırda Zolgəran və Kovdadıq kəndlərində modul tipli məktəblərin tikintisi üçün hazırlıq işləri aparılır, Təhsil Nazirliyi tərəfindən Buruc kənd tam orta məktəbində cari təmir işləri görülür. Göstərilən diqqət və qayğının nəticəsidir ki, ildənilə təhsildə uğurlar artır.
    Tədbirdə təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, şəhər 1 nömrəli tam orta məktəbin məzunu, 687 bal toplamış Laçın Əliyeva, orta məktəbi “Qızıl medal”la bitirmiş Dəmirçilər kənd tam orta məktəbin məzunu Kubra Bayramovanın valideyni Talıb Bayramov, “Qızıl medal” almış 659 bal toplamış şəhər 2 nömrəli məktəb-liseyin məzunu Nuranə Kərimova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva və digərləri tələbə adını qazanmış gəncləri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb, təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək gəncləri təbrik edib, onlara öz tövsiyələrini verib.
    Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik edərək onlara təhsildə və həyatda uğurlar diləyib,
    Tədbirin sonunda yüksək bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatı, YAP rayon təşkilatı, təhsil şöbəsi, gənclər və idman idarəsi tərəfindən hədiyyələr və Fəxri Fərmanlar verildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:31

    Teqlər:

İsmarıclar bağlıdır.