Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Avq

    DSC_68861Rayon icra hakimiyyəti başçısının ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağında cənab Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova dövlət mükafatlarını təqdim edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Ramiz Mustafayev dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, Tofiq Yusif Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına, Böyükkişi Cümşüdov su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
    Tofiq Yusif və Ramiz Mustafayev çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, yüksək mükafatlarla təltif olunmaları dövlət rəhbəri cənab İlham Əliyevin Tərtərə və tərtərlilərə olan diqqətinin əyani nümunəsidir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:43

    Teqlər:

İsmarıclar bağlıdır.