Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Avq

    DSC_6976Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
    Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər.
    Açılış mərasimlərində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da sakinlərin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün böyük işlər görüldüyünü qeyd edib. Bildirib ki, rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərimizin qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 24 yaşayış məntəqəmiz qazla təmin olunub. Hacıqərvənd, Seydimli, Köçərli, Cəmilli və Təzəkənd kəndlərində son tamamlama işləri aparılır, Qaradağlı-Borsunlu kəndləri istiqamətində 315 mm-lik yeraltı polietilen daşıyıcı qaz kəmərinin çəkilişi davam etdirilir.
    Rayon rəhbəri açılışlarda kəndlərə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib, yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzulayıb.

    Müəllif: Redaktor, 09:48

    Teqlər:

İsmarıclar bağlıdır.