Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    YIĞIMA BAŞLANIB

    Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
    Son vaxtlar rayonumuzun təsərrüfatlarında fermerlər İmişli Şəkər Zavodu ilə müqavilə bağlayıb, onun istehsalına xüsusi diqqət yetirirlər. Zavodla bağlanmış müqavilənin şərtlərinə əsasən torpağın şumlanması, şum altına kübrə verilməsi, toxumun çatdırılması, səpin işləri, kultivasiya çəkilişi, ziyanvericilərə qarşı bitkilərin dərmanlanması, becərmə vaxtı hektara əvəzsiz olaraq 100 manat pul verilməsi, əkilən sahələrin hamısının sığorta olunması, sığorta pulunun 50 faizinin ödənilməsi və hazır məhsulun sahədən daşınması işlərini şirkət öz üzərinə götürür. Bütün bunların nətiçəsidir ki, fermerlər bu sahəyə daha çox meyl göstərirlər. Bu il rayonumuzun təsərrüfatlarında 859 hektar sahədə şəkər çuğunduru becərilib.
    Artıq fermerlər məhsul yığımına başlamışlar. Qısa vaxt ərzində İmişli Şəkər Zavoduna sentyabrın 15-dək 8 min ton məhsul təhvil verilmişdir. Hüsənli kəndindən fermer Seyidəli Rzayev 16 hektar çuğundur sahəsindən zavoda 750 ton, Qazyan kəndindən Suliddin Ələkbərov 5 hektar sahədən 200 ton, həmin kənddən Saday Quliyev becərdiyi 1,5 hektar sahədən 65 ton, Qapanlı kəndindən fermer Asif Ağayev 7 hektar sahədən 350 ton məhsul təhvil vermişlər. Adları qeyd olunan bu fermerlərin hər biri nəzərdə tutulandan xeyli çox məhsul təhvil vermiş, bununla da ailə büdcələrinə lazımınca gəlir gətirmişlər. Onu da qeyd etmək lazımdır ki, fermerlərin zavoda təhvil verdikləri cuğundurun hər tonuna şəkərlilikdən asılı olaraq 53 manatdan 74 manatadək pul ödənilir.

    Loğman MÜSEYİBOV,
    Azərbaycan Şəkər İstehsalat
    Birliyinin Tərtər Bölgəsi
    üzrə nümayəndəsi

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.