Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Avq

    DSC_7128Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər.
    Tədbirdə cənab Müstəqim Məmmədov bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev gənclərlə keçirdiyi bütün görüşlərdə onlara fəal olmağı, zəhməti sevməyi, xalqımızın adət və ənənələrini dərindən öyrənməyi tövsiyə edir. O, gənclərə böyük ümidlər bəsləyir və ölkəmizin gələcək inkişafını onların fəaliyyətində görür.
    Cənab başçı tərtərli gəncləri, o cümlədən gənc müəllimləri çalışdıqları sahələrdə məsuliyyətli olmağa, ictimai işlərdə fəallıq göstərməyə çağırdı. Qeyd etdi ki, müasir dövrdə oğlan və qızlarımızın ixtiyarında hər cür imkan və şərait var. Onlar internet xidmətindən istifadə edirlər. Bütün bunları faydalı işlərə yönəltmək lazımdır. Müəllim yerində saymamalıdır. O, daim öyrənməli və öyrətməlidir. Dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmalıdır. Ətrafda baş verən neqativ hallara qarşı barışmaz mövqedə dayanmalıdır.
    Zolgörən kənd ümumi orta məktəbinin fizika müəllimi Təbrizə Əhmədova, Umudlu kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Şahnaz Şükürova, Seydimli kənd tam orta məktəbinin kimya müəllimi Gülnar Həsənova, Sarov kənd tam orta məktəbinin kimya müəllimi Nigar Rüstəmova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bidiriblər ki, üzərlərinə düşən vəzifələri daim layiqincə yerinə yetirərək göstərilən etimadı doğruldacaqlar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:02

    Teqlər:

İsmarıclar bağlıdır.