Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Tərtərlilərin sevimli istirahət guşəsi olan “Heydər Parkı”nda yenidənqurma, təmir və bərpa işləri aparılıb. Belə ki, burada 5 min kv.m sahənin köhnə döşənmə daş örtüyü yenisi ilə əvəz olunub, 1400 m məsafədə səki daşları düzülüb. Həmçinin parkın yaşıllıq zolaqları təzələnib. İndi çoxillik ağacların ətrafındakı yaşıl örtük öz gözəlliyi ilə göz oxşayır.
    Sakinlərin istirahətinin nümunəvi təşkili məqsədilə buradakı köhnəlmiş oturacaqlar yeniləri ilə əvəz olunub, hovuzlar təmizlənib və təmir edilib. Yeni işıqlandırma sistemi axşamlar bu məkanı da-ha da füsunkar edir.
    İlin bütün fəsillərində şəhər sakinləri “Heydər parkı”na həvəslə gəlirlər. Yenidənqur-ma işlərindən sonra isə istira-hət etməyə gələnlərin sayı da-ha da artıb. Onların arasında uşaqlar da çoxdur. Parkda uşaqların əylənməsi üçün də lazımi şərait yaradılıb.
    Parkda fəaliyyət göstərən sosial obyektlər vətəndaşlara nümunəvi xidmət göstərir, onların istirahətlərinin daha səmərəli təşkili üçün hər cür qayğı göstərməyə çalışırlar.
    “Heydər Parkı”nda tikilmiş möhtəşəm “Heydər Əliyev Muzeyi” bura gələnlərin heyranlığına səbəb olur. Muzeyin binası müasir üslubda inşa olunmuşdur və əzəmətli görkəmə malikdir. Burada vaxta-şırı müxtəlif tədbirlər keçirilir və Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi üçün normal şərait yaradılmışdır.
    Parkda hər tərəfi gözoxşayan gül-çiçəklər bəzəyir. Fəvvarələr insanların əsəblərinə sığal çəkir. Parkın içindən şırıltıyla axıb gedən qoşa arx daha əsrarəngiz bir gözəllik yaradır, sanki insanlara və təbiətə öz dilində nəğmə deyir.
    “Heydər Parkı”nın gecələri daha füsunkar olur. Buranı gündüzə çevirən gecə işıqlanması sehirli bir mənzərə yaradır. Müxtəlif çılçıraqlar nağıllar aləmini xatırladan ovsunlu mənzərələr yaradır.
    Gecələr fəvvarələrin müxtəlif rəngli lampalarla işıqlandırılması nur seli yaradır, baxdıqca ovqatlarda bir sevinc, bir rahatlıq yaranır.
    Ümumiyyətlə, “Heydər Parkı”nın bugünkü görkəmi insanları valeh edir. Hamı bu gözəllikləri yaradanlara: “Əhsən!”–deyir.

    “Yeni Tətər”

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.