Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
    Qeyd edim ki, keçən ilki mövsümdə mən 54 hektar sahədə pambıq becərmişdim. Yüksək göstəricilər əldə etdik və qürurla deyə bilərəm ki, həm fermer kimi özüm, həm də məhsulun hasilə gəlməsində və yığılmasında iştirak edənlərin hamısı yaxşı gəlir götürdük.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılıq üzrə keçirilən respublika müşavirəsində digər qabaqcıl fermerlərlə yanaşı mənim də adımı çəkdi, qazandığımız nailiyyəti diqqətə çatdırdı.
    Cari ildə qüvvələrimizi səfərbər edərək, yenidən tarlalarda bol məhsul yetişdirdik.
    Builki yığım mövsümü elə ilk günlərdən uğurlu oldu. Belə ki, pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılıb. Bu, pambıq istehsalı ilə məşğul olan hər bir fermerin əlavə qazanc əldə etməsi deməkdir.
    Məlum olduğu kimi, pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Pambığın alış qiymətinin artırılması da məhz Dövlət Proqramının Tədbirlər Planının icrasının nəticəsidir.
    Məlumdur ki, pambıqçılıq ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, həm də sosial məsələdir.
    Cari ilin mövsümündə mənim öhdəmdə olan pambıq plantasiyalarında onlarla kənd əməkçisi işləyərək, zəhməthaqqı alır. Onların həyat şəraiti yaxşılaşır.
    İndi həlledici günləri yaşayırıq. Pambıq yığımına başlanıb. İnanıram ki, tarlalardan bol məhsul əldə edəcəyik.

    Fazil VƏLİYEV,
    Bəyimsarov kəndində fermer

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.