Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Bu günlərdə kənd əməkçiləri böyük ruh yüksəkliyi ilə yetişdirdikləri pambığın yığımına başlayıblar.
    2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq əkilmiş və məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Hazırda pambıq plantasiyaları 3300 hektar sahəni əhatə edir.
    Rayon statistika idarəsinin verdiyi məlumata görə, oktyabrın 5-dək rayonda 1899,2 ton məhsul toplanıb təhvil verilib. Yığım davam edir.

    TARLALARDA MƏHSUL BOLDUR

    Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
    Pambıqçılığın inkişafına dair Prezident İlham Əliyevin verdiyi tapşırıqları həvəslə yerinə yetirən kənd əməkçiləri ötən mövsümdə 141 hektar sahədə pambıq becərmişdilər. Orta məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Cari mövsümdə bu qiymətli bitkinin əkin sahələri bir qədər də artırılaraq 145 hektara çatdırılıb. Ən çox pambıq əkən fermerlər Fəqani Babışov (32 hektar), Pərviz Mustafayev (30 hektar), Babək Sadıqov (10 hektar) və Etibar Əsədovdur (7 hektar).
    Əskiparalılar pambığın becərilməsinə dair müqavilələri rayonumuzdakı “Azəripambıq” şirkəti ilə bağlayıblar. Kənddə əsasən Türkiyənin “Bəyaz Altun” növündən olan toxum əkilib. Kənddə bildir-dilər ki, yay ayları olduqca quraq keçsə də, buradakı 11 subartezian quyusunun suyundan səmərəli istifadə olunub.
    İndi ağ örpəkli tarlalarda pambıqyığan kombaynlar işləyir. Biz burada olarkən kombayn İradə Qasımovanın sahəsində pambıq yığırdı. Öyrəndik ki, ötən il bu sahənin məhsuldarlığı 35 sentner olub. İndi isə daha yüksəkdir. Pambıq kolları ayaqdan başadək ağ örpəyə bürünmüşdü.
    Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev və pambıqyığan maşının sürücüsü Azad Məhərrəmov bildirdilər ki, yığımın mexanikləşdirilməsi kənddə insanları ağır fiziki əməkdən azad edib, həm də məhsulun maya dəyərini aşağı salıb.
    İnanırıq ki, əskiparalılar bu mövsümdə də yüksək nəticələr qazanacaqlar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.