Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məş-ğuliyyəti və görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağ-saqqalı Köçəri Əliyev kəndin sosial-iqtisadi inkişafından, sakinlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb, kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirib.
    Sakinlərdən İldırım Əliyev həyətyanı, Nazim Quliyev pay torpağının zəbt olunması, Zəka Səfərov isə işlə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
    * * *
    Seydimli kəndində də icra başçısının sakinlərlə görüşü keçirilib. Tədbirdə rayon rəhbərinə müxtəlif məsələlərlə bağlı müraciətlər olunub.

    Müəllif: Redaktor, 15:18

    Teqlər:

İsmarıclar bağlıdır.