Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, “Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adı verilən küçədə əsaslı təmirdən sonra barelyefinin açılışı olub.
    Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ədalət Paşayevin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı il Aprel döyüşlərindən, Şərur rayonunun Günnüt kəndi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb.
    Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açan rayon rəhbəri bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Son zamanlar Tərtər şəhərində küçələrə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun, İlqar Həsənovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da adı verilmiş küçənin açılışı olacaq.
    Tədbirdə “Tərtər Batalyonu”nun keçmiş qərərgah rəisi, şəhidin döyüş yoldaşı Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin baçısı Məhəbbət Paşayeva, həyat yoldaşı Şura Əliyeva, şəhidin komandiri olmuş Eldəniz İbadov, şəhər 5 saylı tam orta məktəbin şagirdi Nərminə Quluzadə çıxış edərək, şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonra şəhid Ədalət Paşayevin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzüblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:15

    Teqlər:

İsmarıclar bağlıdır.