Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
    Yanvar-sentyabr ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 363 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 63,6 faizi fiziki şəxslərdə, 16,8 faizi sənaye sahəsində, 1,9 faizi tikinti sahəsində, 5,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 0,3 faizi təhsil sahəsində, 0,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, 0,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində, 1,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 1,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdır.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 14:01

    Teqlər:

İsmarıclar bağlıdır.