Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Sosial Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ

    Didərginlik ağır dərddir

    Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
    Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?! Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Sosial 2018-ci İLDƏ TƏRTƏRDƏ BÖYÜK UĞURLAR QAZANILIB üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR HAQQINDA:

    …Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə  üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində  xüsusi rol oynamışlar.                

    Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə  son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.

    Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar.

    Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir.

    Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.

    Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir,abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Sosial TƏRTƏR RAYONUNDA 4380 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2018-ci il ərzində Tərtər rayonunda 4380 iş yerləri açılıb ki, onun 563-ü daimi iş yerləridir. Daimi iş yerlərinin 47-si və ya 8,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 178-i və ya 31,7 faizi mövcud müəssisə və təşkilatlarda, 338-i və ya 60 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2018-ci il ərzində 3817 mövsümi iş yerləri açılıb.
    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dövr ərzində rayonda 15296 iş yerləri açılıb ki, onun da 4715-i daimi iş yerləridir.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 10Yan
    Sosial TƏRTƏRƏ GƏLƏNLƏR MÜASİRLİYİN, GÖZƏLLİYİN VƏ SƏLİQƏ-SAHMANIN ŞAHİDİ OLURLAR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər şəhəri bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər şəhərinin siması büsbütün dəyişib. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Sosial QAÇAY MEHDİYEV KÜÇƏSİ ABADLAŞDIRILIR üçün şərhlər bağlıdır

    Şəhərimizin ən yaraşıqlı küçələrindən biri olan Qaçay Mehdiyev küçəsində abadlıq işlərinə başlanılıb. Burada divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya–işıq, qaz, su və telefon xətləri qaydaya salınır. Ağacların artıq budaqları kəsilir və digər təmizlik işləri görülür. Bu işlər başa çatandan sonra isə küçəyə asfalt örtük salınacaq.
    Küçənin abadlaşdırılması sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
    Valeh İsfəndiyarov:
    -Son illər Tərtər şəhəri çox dəyişib, gözəlləşib. İndi bizim küçədə də görülən işlər ürəyimizdən xəbər verir. Buna görə də rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
    Namiq Əsədov:
    -Bizim küçə Tərtərin ilk şəhidi olan Qaçay Mehdiyevin adını daşıyır. Amma son vaxtlar buranın görkəmi şəhərimizin ümumi görünüşündən bir az geri qalırdı. Bəzi elektrik və telefon xətləri, qaz və su boruları səliqəsizlik yaradırdı. indi bütün bu nöqsanlar aradan qaldırılır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Sosial TAPŞIRIQ 100 FAİZ YERİNƏ YETİRİLDİ üçün şərhlər bağlıdır

    İnsanların məişəti yaxşılaşdıqca, əhval-ruhiyyələri də yüksəlir. Bu baxımdan bizim Rəcəbli kəndinin sakinləri ötən ili sevinclə yola salır, Yeni ili xoş niyyətlərlə qarşılaylırlar.
    Kəndimiz rayonumuzda qazlaşdırılan son yaşayış məntəqəsi oldu. Bununla da möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtər rayonunun qazlaşdırılmasının 100 faiz təmin edilməsi barədə tapşırığı yerinə yetirildi.
    Bu bayramqabağı günlərdə ailə üzvlərimizin, nəvələrimin xoş qayğılarını görəndə, ürəyim fərəhlə döyünür. Sevinirəm ki, onların həyatı rahatdır, məişət problemləri həll olunub.
    Təkcə bizim ailədə deyil, indi Rəcəblidə, həmçinin qonşu kəndlərin hər birində insanların qışın soyuğundan qorxusu yoxdur. İşıqlarımız da fasiləsiz yanır.
    Belə bir şəraiti bizə yaratdıqlarına görə Prezidentimizə, dövlətimizə və tapşırılan işləri məsuliyyətlə icra edən bütün insanlara cansağlığı arzulayıram. Evləriniz həmişə isti və işıqlı, süfrələriniz ruzi-bərəkətli olsun!

    Sadıq TAĞIYEV,
    Rəcəbli kəndinin sakini

    Teqlər:

  • 08Noy
    Sosial SÖZLƏ İŞİN VƏHDƏTİ üçün şərhlər bağlıdır

    Bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Müstəqilliyimizin ilk illərini yaşlı nəsilin nümayəndələri yaxşı xatırlayırlar. Əslində həmin dövrdə görülən işlər qurucu yox, dağıdıcı bir xarakter daşıyırdı. Bir tərəfdən ermənilərin bizə qarşı apardıqları işğalçılıq siyasəti, əsassız torpaq iddiaları, digər tərəfdən dövləti idarə edənlərin səriştəsizliyi ölkədə anarxiya və özbaşınalıq yaratmışdı.
    Bütün bunların müqabilində ölkə vətəndaş müharibəsi astanasında dayanmışdı.
    Məhz belə bir çətin məqamda Azərbaycan xalqı müdriklik və uzaqgörənlik göstərərək, dövlətimizin idarə edilməsini öz xilaskarına–ulu öndər Heydər Əliyevə tapşırdı. Təcrübəli dövlət xadimi, görkəmli siyasətçi ilk növbədə ölkədə sabitlik və vətəndaş birliyi yaradılmasına nail oldu. Bundan sonra isə Azərbaycan Respublikasının qarşısında duran məsələlərin həllinə başladı. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Sosial Redaksiyaya məktub üçün şərhlər bağlıdır

    QAYĞIYA GÖRƏ MİNNƏTDARIQ

    Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
    Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır.
    Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
    Mən öz adımdan, bu 5 binada yaşayan bütün sakinlər adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.

    Billurə ƏBİLOVA,
    Vüqar HƏSƏNOV küçəsindəki 5 nömrəli binanın sakini

    Teqlər:

  • 29Okt
    Sosial 2018-ci İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA 3240 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır

    Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Sosial TİKİNTİ-QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
    Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır. Daha ətraflı »

    Teqlər: