Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    İCRA BAŞÇISI HESABAT VERDİ

    Tərtər rayonunda 2018-ci ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 2 milyont 726,4 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
    Bu barədə Tərtər rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məru-zəsində bildirilib ki, ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəs-təklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətlərində tədbirlər uğurla davam etdirilib.
    Hesabat dövründə dövlət başçısının sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Tərtər şəhərinin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma, Heydər Əliyev parkında əsaslı təmir işləri aparılıb. Şəhər 6 nömrəli tam orta məktəb və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı əsaslı təmir olunub, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilib. Uzunluğu 21,5 kilometr olan “Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı” kəndlərarası avtomobil yolu yenidən qurulub, “Tərtər-Hindarx” avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən 21 kilometrlik hissəsinin əsaslı təmirinə başlanılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Xalça İstehsalı Emalatxanasının, Bayraq muzeyinin və 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.
    Diqqətə çatdırılıb ki, ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışının həcmi 132,1 milyon manat olub. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 26 milyon 568,5 min manat investisiya yönəldilib. 363-ü daimi olmaqla, 2877 yeni iş yeri açılıb.
    Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin doqquz ayında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 54 milyon 465,5 manat təşkil edib. Onun 31 milyon 899 min manatı bitkiçilik, 22 milyon 566,4 manatı heyvandarlıq sahəsinin payına düşür.
    Cari ilin məhsulu üçün 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 11 min 725,9 hektarda dənli və dənli paxlalı, 5 min 603,9 hektarda texniki, 1514,6 hektarda kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarda yem bitkiləri əkilib. Bu günədək 44 min 175,2 ton taxıl, 23 min ton şəkər çuğunduru, 3655,8 ton günəbaxan, 530,2 ton dən üçün qarğıdalı, 39,8 ton lobya, 70,9 ton noxud, 5,5 ton darı, 5 min 463,6 ton kartof, 12 min 230,8 ton tərəvəz, 3766,8 ton meyvə istehsal edilib.
    Dövlət başçısının tapşırığına uyğun olaraq, rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Belə ki, bu il rayonda ötən illə müqayisədə 2,2 dəfə çox olmaqla, 10 min 228,3 kiloqram barama tədarük edilib, 3300 hektar sahədə pambıq becərilib. Hazırda rayonda kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən pambıq yığımı davam edir.
    Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
    Məruzə ətrafında Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, telekommunikasiya qovşağının rəis əvəzi Bəhmən Sadıqov, fermer Mütalib Rzayev, Canyataq kənd İƏD üzrə nümayəndə Bəkir Ağayev çıxış etdilər.
    Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

    Müəllif: Redaktor, 14:37

    Teqlər:

İsmarıclar bağlıdır.