Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    Hacıqərvənddə son illər kiçik fermerlərlə yanaşı, iri fermerlər də fəaliyyət göstərir. Bunlardan biri də Asəf Mehdiyevdir. Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərovdan öyrəndik ki, Asəf öhdəsində olan 120 hektar sahədə əsasən taxıl, günəbaxan əkir. Xurma və ərik bağı da var. Həmçinin qoyunçuluqla məşğuldur.
    Biz kənddə olarkən fermerin özü ilə görüşüb söhbət etdik. O dedi:
    – Prezident İlham Əliyevin taxılçılıqla məşğul olan fermerlərin qarşısına qoyduğu vəzifələrdən biri bu sahənin məhsuldarlığının artırılmasıdır. Bunun üçün iri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji proseslər yayılmalıdır, başqaları tərəfindən də öyrənilməlidir. Ölkə başçısının dediyi kimi, “belə olan halda biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik”.
    Asəf Mehdiyev bildirdi ki, taxıl üzrə toxumçuluq təsərrüfatı yaratmaqdan ötrü onun bütün imkamları var–kifayət qədər torpaq sahəsi, lazım olan texnikası və bu işlə məşğul olmaq həvəsi. Odur ki, lisenziya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Artıq cari ildə sort elit toxum əkərək, yüksək məhsul yetişdirmək niyyətindədir. Əldə etdiyi toxumluq məhsulu kiçik torpaq mülkiyyətçilərinə satacaq.
    Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunan yığıncaqdakı nitqində ölkə başçısı deyib: “Meyvəçilik sahəsində də müsbət irəliləyiş var. Qeyd etməliyəm ki, bizdə xurma ixracı 2 dəfə artıb.” Qürurverici haldır ki, xurma məhsulunun istehsalında tərtərlilərin də xüsusi zəhməti var. Asəf Mehdiyevin təsərrüfatında da biz bunun şahidi olduq.
    Onun 2 hektar sahədə xurma, 0,5 hektarda isə ərik bağı var. Bundan başqa, xurma bağını böyütmək üçün tindg əkib və bunları calaq elətdirəndən sonra yeni bağ salacaq. Fermer onu da bildirdi ki, el arasında “şişburun” deyilən xurma növü xarici bazarlarda yaxşı satılır. Ümumiyyətlə, bağçılığın inkişafı müəyyən vaxt tələb etsə də, gəlirli sahədir. Rayonumuzda bu sahəyə maraq göstərən torpaq mülkiyyətçiləri çoxdur.
    Cari ildə 57 hektar sahədə günəbaxan əkən fermer ilk dəfə bu işlə məşğul olsa da, məhsuldarlıq pis deyil–hektardan 27 sentner.
    Hacıqərvənd kəndində əkinçilik inkişaf etsə də, burada əhalinin ən çox məşğul olduğu sahə heyvandarlıqdır. Görünür, bu da ata-baba yolunun davam etdirilməsidir.
    Asəfin də nümunəvi qoyunçuluq təsərrüfatı var. Əsasən cins heyvanların alınıb artırılmasına üstünlük verir. Bu cür heyvanların əksəriyyətindən əkiz bala alır, südü isə çox olur.
    Ali təhsilli müxtəxəssis olan fermer söylədi ki, indiki şəraitdə təsərrüfatın gəlirlə işləməsi üçün daim öyrənmək, yeniliklərlə tanış olmaq və onlardan istifadə etmək vacibdir.

    Müəllif: Redaktor, 09:54

    Teqlər:

İsmarıclar bağlıdır.