Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad etdilər. Sonra bayram yığıncağı Gənclər Mərkəzində davam etdirildi.
    Mərasimi giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən, əhalinin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olduğundan, müharibə şəraitində yaşamağın bütün çətinliklərinə baxmayaraq, qəhrəman tərtərlilərin son illərdə, eləcə də cari ilin doqquz ayı ərzində bitkiçilik və heyvandarlıq məhsulları istehsalı üzrə yüksək nəticələr əldə edərək, respublikada ön cərgədə olduqlarından danışdı.
    Sonra rayon rəhbəri bildirdi ki, Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğıdan ruhlanan və dövlətimizin dəstəyinə arxalanan fermerlərimiz ilbəil uğurlarını artırır, ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə öz layiqli töhfələrini verirlər.
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, “MKT İK” MMC-nin Tərtər filialınıın direktoru Feruz Hacıyev, “Azər-pambıq” MMC-nin Tərtər filialının direktoru Fəqani Babışov, Söylən kəndi ərazisində yerləşən “AZ AQRO kənd” MMC-nin direktoru Zəfər Nəsirov, İsmayılbəyli kəndindən fermer Mirzə Cümşüdov çıxış edərək son illər rayonumuzda kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan danışdılar və həmkarlarını peşə bayramı münasibəti ilə təbrik etdilər.
    Sonda rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:48

    Teqlər:

İsmarıclar bağlıdır.