Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    Bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Müstəqilliyimizin ilk illərini yaşlı nəsilin nümayəndələri yaxşı xatırlayırlar. Əslində həmin dövrdə görülən işlər qurucu yox, dağıdıcı bir xarakter daşıyırdı. Bir tərəfdən ermənilərin bizə qarşı apardıqları işğalçılıq siyasəti, əsassız torpaq iddiaları, digər tərəfdən dövləti idarə edənlərin səriştəsizliyi ölkədə anarxiya və özbaşınalıq yaratmışdı.
    Bütün bunların müqabilində ölkə vətəndaş müharibəsi astanasında dayanmışdı.
    Məhz belə bir çətin məqamda Azərbaycan xalqı müdriklik və uzaqgörənlik göstərərək, dövlətimizin idarə edilməsini öz xilaskarına–ulu öndər Heydər Əliyevə tapşırdı. Təcrübəli dövlət xadimi, görkəmli siyasətçi ilk növbədə ölkədə sabitlik və vətəndaş birliyi yaradılmasına nail oldu. Bundan sonra isə Azərbaycan Respublikasının qarşısında duran məsələlərin həllinə başladı.
    Bu yolun düzgünlüyünü, xalqı xoşbəxt gələcəyə aparmasını görən Azərbaycan vətəndaşları 2003-ci il oktyabrın 15-də ümum-milli liderin layiqli davamçısı kimi cənab İlham Əliyevə səs verərək, onu özlərinə yeni prezident seçdilər.
    İlk andiçmə mərasimində cənab İlham Əliyevin ölkə vətəndaşlarına vədi, müraciəti belə oldu: “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”. Öz vədinə daim sadiq qalan ölkə başçısı 15 illik fəaliyyəti ilə bunu təsdiq etmişdir.
    Cənab İlham Əliyevin həm daxili, həm xarici siyasəti xalqının xoşbəxt və firavan həyatının təmin edilməsinə həsr olunub.
    Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib: “Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”. Həmin iclasda həmçinin qeyd olunub ki, ilin doqquz ayı ərzində ölkədə ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Kənd təsərrüfatı 9 ayda 4,3 faiz artıb. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb.
    Əhalinin, xüsusən də həssas təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Belə ki, Tərtər rayonunun özü də daim müharibənin yaratdığı çətinliklərlə üzləşsə də, öz qoynunda 11 mindən çox qaçqın və məcburi köçkünə yer vermişdi. Köçkünlər məktəblərdə, uşaq bağçalarında, klub və kitabxanalarda yerləşdirilmişdilər ki, bu da həmin müəssisələrin fəaliyyətinə çətinliklər yaradırdı. İlk növbədə çadır şəhərciklərinin ləğvindən başlayan cənab Prezident bundan sonra uyğunlaşdırılmış binalarda, yol kənarlarında yaşayan köçkün soydaşlarımız üçün müasir, hər cür rahatlığı olan iri qəsəbələrin tikilməsini təmin etdi. Rayonumuzun Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün qəsəbənin tikintisi təkcə bu təbəqədən olan insanları deyil, bütün rayon sakinlərini ürəkdən sevindirdi.
    Prezidentin Tərtərə hər bir səfəri insanların yaddaşında silinməz iz qoyur. Hər belə səfərdən sonra həyatımıza yeniliklər daxil olur, hansısa problem həllini tapır, şəhərimiz gözəlləşir, iş yerlərinin sayı artır.
    Aprel hadisələrindən dərhal sonra Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Tərtərə gəlişi, rayon sakinləri ilə səmimi görüşləri bir daha təsdiqlədi ki, ölkə başçısı hər an öz vətəndaşlarını düşünür və onların yanındadır.
    Bu hadisələr zamanı vətəndaşlar erməni vəhşilərinin törətdikləri cinayətlər nəticəsində yaranmış problemləri ilə təkbətək qalmadılar. Erməni artilleriyasının açdığı atəş nə-ticəsində dağılmış evlərin bərpası ölkə başçısı tərəfindən birbaşa nəzarətə götürüldü və növbəti səfəri zamanı cənab İlham Əliyev həmin sakinlərlə yaraşıqlı, tam təmirli evlərdə görüşdü.
    Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onların fiziki cəhətdən sağlam böyüməsi ölkə başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdir. Bu istiqamətdə rayonumuzda görülən işlər böyük rəğbətlə qarşılanır. Tərtərlilər fəxr edirlər ki, onların övladları iri şəhərlərdəkindən heç nə ilə fərqlənməyən yaraşıqlı Şahmat məktəbində məşğul olurlar, hazırda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. İstifadəyə verilmiş Gənclər Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır.
    Ötən 15 il həm də rayonun iqtisadiyyatının möhkəmləndirilməsi ilə əlamətdardır.
    Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər böyük həvəslə onu əkib-becərir, ölkə qarşısında duran vəzifələrin həllinə köməkliklərini göstərirlər. Rayonda bir sıra iri fermer təsərrüfatları yaranıb ki, bunlar da yeni texnologiyaları, elmi yenilikləri işlərinə tətbiq etməklə, daha yüksək göstəricilər qazanırlar.
    Son illər Tərtərdə pambıqçılıq, baramaçılıq, bağçılıq, şəkər çuğunduru istehsalı sürətli inkişaf yoluna qədəm qoyub. Bu sahələrdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əməl edən rayon sakinləri qarşıya qoyulan hədəflərə artıqlaması ilə nail olurlar.
    Cari ildə regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının yerinə yetirilməsi başa çatacaq. Bu proq-ramların həyata keçirilməsi bölgələrimizə, o cümlədən bizim Tərtərə yeni həyat bəxş elədi, yeni nəfəs verdi. Rayonun infrastrukturu tamamilə yeniləndi. Bu günlərdə sakinlər qazlaşdırılma işlərinin 100 faiz başa çatmasını qeyd etdilər. İçməli su və kanalizasiya layihəsi müvəffəqiyyətlə icra olundu, 24 saat ərzində əhali fasiləsiz elektrik enerjisi ilə təmin edildi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Tərtərdə Bayandur–Poladlı, Cəmilli–Dəmirçilər, Buruc–Güləbatlı–Xoruzlu–Kəbirli–Bayandur–Qaradağlı, Tərtər–Seydimli–Qaradağlı–Sarov avtomobil yolları əsaslı təmir edilmiş və yenidən qurulmuşdur. Hazırda Tərtər–Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində əsaslı təmir işlərinə başlanılıb.
    Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq şəhərdəki çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyiş-dirilib, fasad hissələri və giriş blokları əsaslı təmir olunub. Şəhər və kəndlərimizdə yeni məktəb və uşaq bağçaları tikilib, rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, regionların sosial-iqtisadi inkişafına dair I, II və III Dövlət Proqramları çərçivəsində rayonumuzda görülən işləri saymaqla qurtaran deyil.
    Tərtərlilər əmindirlər ki, qarşıdakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atılacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:11

    Teqlər:

İsmarıclar bağlıdır.