Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    “Azərbaycanın İntellektual Birincisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
    Turnirin açılışında Tərtər rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib.
    4 intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) ikisində Ağdam, iki-sində isə Tərtər rayonunun gənc intellektualları qalib olublar.
    Qalib gələn komandalar Ba-kı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
    “Azərbaycanın İntellektual Birincisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:16

    Teqlər:

İsmarıclar bağlıdır.