Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kənd İƏD üzrə nümayəndəliyin Poladlı kəndində olub.
    Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.
    Sonra sakinlərdən Asif Abbasov, Emin Allahverdiyev, Səfər Salahov və Savalan Məmmədov müxtəlif məsələlər barədə müraciətlər ediblər.
    Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    Müəllif: Redaktor, 12:28

    Teqlər:

İsmarıclar bağlıdır.