Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Tərtərlilər böyük hüznlə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
    Əvvəlcə iştirakıçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış oldular.
    “Dəyirmi masa” arxasında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış etdi. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar dahinin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
    Sonra rayon rəhbəri Heydər Əliyevin keçdiyi həyat yolundan, Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərdən, xilaskarlıq missiyasından, vətən sevgisindən, tərəqqiyə nail olmaq üçün həyata keçirdiyi islahatlardan ətraflı bəhs etdi. İcra başçısı göstərdi ki, ulu öndərin hakimiyyəti dövrlərində qazanılan uğurları biz rayonumuzun timsalında da gördük. Məhz ulu öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verildi.
    Ümummilli lider dəfələrlə Tərtərdə olmuş, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak etmiş, Sərsəng Su Anbarının tikintisi ilə maraqlanmış, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirmişdir.
    Müstəqim Məmmədov ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən də ətraflı danışdı.
    Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:09

    Teqlər:

İsmarıclar bağlıdır.