Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kənd İƏD üzrə nümayəndəliyin Bayandurlu kəndin-də olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Xanlar Məmmədov, Süleyman Hacıyev, Polad Məmmədov, Əhliman Hüseynov və digərləri suvarma suyu üçün subartezian quyusunun qazılması, kənd və qəbiristanlıq yolunun əsaslı təmiri, bələdiyyə fondundan icarəyə torpaq götürülməsi və şəxsi məsələlər barədə müraciət ediblər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaş-dırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:03

    Teqlər:

İsmarıclar bağlıdır.