Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
    XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
    Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox?
    Düzdür, məktəbli, tələbə və ya fərqi yoxdur, iş adamları, hər hansı bir elmi məlumatı kitablardan axtararkən çox vaxt itkisi ilə üzləşirlər. İnternetdə isə bu məlumat qısa müddətdə əldə edilir. Lakin həmişə belə olmur. Sosial şəbəkələrdən istifadə, internetdəki bəzi oyunlar ən çox məktəbliləri təhsildən yayındırır. Uşaqların kitabdan çox internetə aludə olduqlarını, hətta orada dərs materiallarını oxuduqlarını da bilirik. Bunlara bəlkə də dözmək olardı. Amma uşaqlar həm də öz yaşlarına uyğun gəlməyən və tərbiyələrinə ciddi zərbə vuran görüntülərə baxmaqdan da kənarda qalmırlar.
    Kompüterin olmadığı zamanlarda insanlar daha çox kitab mütaliə edərək, söz ehtiyatlarını zənginləşdirirdilər. Əlbəttə, biz müasir texnologiyalardan ziyanımız üçün deyil, xeyrimiz üçün istifadə etməliyik.
    Yeniyetmələrdə və hətta azyaşlı uşaqlarda bəzən kompüterdən və telefondan asılılıq yaranır. Bunun qarşısını necə ala bilərik? Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir”. Şübhəsiz, məktəblilərin telefondan asılılığı ölkəmizdə təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Biz hamımız birlikdə bununla mübarizə aparmalıyıq.
    Televiziya məkanı internetdən çox-çox əvvəllər yaranıb və bunun vasitəsilə insanlar informasiyalar əldə edirlər. Uzun müddətdir ki, xarici kanallar da xalqımız tərəfindən izlənilir. Bu kanallarda azərbaycanlıların milli mentalitetinə uyğun gəlməyən, əxlaqi dəyərimizə zidd olan o qədər eybəcər və tərbiyəsiz görüntülər yayımlanır ki, adam utanc hissi keçirir.
    İntellektə həsr olunmuş, gəncləri maarifləndirən sual-cavab xarakterli verilişlərə isə təsadüfi hallarda rast gəlirik. Bəs Azərbaycanın özəl televiziya kanallarının sahibləri hara baxırlar. Onlar azərbaycanlı deyillərmi?! Onların ailələri yoxdurmu?! Ayıb deyilmi?!
    Bütün problemlərə səbəb yalnız bu deyil. İndiki kriminogen durumun qaynaqlandığı əsas baza, mən deyərdim ki, televiziya, kompüter və mobil telefonların yaratdığı eybəcər mühitdir. Bu sahədə nəzarətsizlik baş alıb gedir.
    Klassiklərimizin əsərlərinə həsr olunmuş filmləri, köhnə aktyorlarımızın yaratdıqları obrazları izlədikcə, insanda gözəl əhval yaranır. Bəs indiki bəzi tamaşalar?! Təlxəklik etməklə, abırsız danışmaqla bizə nəyi əxz etməyə çalışırlar?!
    Xalqımız açıq-saçıq geyinən ifaçılarımıza, filmlərdəki bəzi biabırçı kadrlara yaxşı münasibət bəsləmir, daha doğrusu, əsəbiləşir, nifrət edir, bunlardan zəhləsi gedir.
    Bəzi hallarda azyaşlı uşaqlar, (hərdən böyüklər də) sosial şəbəkələrdə əxlaq normalarımıza zidd olan hərəkətlərin şahidi olurlar. Təbii ki, belə məsələlər ailə münaqişələrinə, hətta cinayət hadisələrinin yaranmasına səbəb olur.
    Sosial şəbəkələr vasitəsilə qurulan ailələr sonucda çox vaxt boşanmalara və həyat qırıqlığına uğrayırlar. Düzdür, belə nikahlara hərənin bir baxış tərzi vardır. Bir-birilərini heç tanımayan ailələrin qohum olması çox az halda müsbət nəticə verir. Ailəli şəxslərin sosial şəbəkələrdə tanışlığı və bu zaman yaranan qısqanclıq sonda bəzən qətl hadisəsi kimi cinayət əməlinə rəvac verir.
    Bəzi hallarda sosial şəbəkələrdən təxribat yaratmaq vasitəsi kimi istifadə edilməsi, yalan məlumatlar paylaşılması, dələduzluq yolu ilə çirkli məqsədlərə çatmaq və s. məsələlər günün həlli vacib probleminə çevrilir.
    Belə tərbiyəsizliklərin mentalitetimizə təsiri isə göz qabağındadır. Unutmaq lazım deyil ki, insanın şərəfi və ləyaqəti onun ailəsinə bağlılığında və mənəviyyatında öz təcəssümünü tapır.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:23

    Teqlər:

İsmarıclar bağlıdır.