Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Tərtər şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib.
    Diqqətə çatdırılıb ki, son illərdə Tərtər şəhər 4 nömrəli, “Nərgizim”, Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.
    Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgələr üzrə layihə rəhbəri Vəli Albəndov agentlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib, uşaqları bağçanın açılışı münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb.
    Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
    100 yerlik, ikimərtəbəli binada yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, tərbiyəçi-metodist otaqları, musiqi və idman zalları, mətbəx, anbarlar yaradılıb. Bağça lazımi inventar və avadanlıqlarla, istilik və müşahidə sistemləri ilə təmin olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.