Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər Özünümüdafiə Batalyonu”nun ilk komandiri Elman Hüseynovun anım günü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
    Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi nümayiş olunub.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək, Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verib.
    1995-ci il yanvarın 15-də ölkə Prezidentinin 262 saylı fərmanı ilə göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
    Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Milli Qəhrəmanın döyüş yoldaşları Çingiz İbrahimov, İlham Mustafayev xatirələrini söyləyiblər. Milli Qəhramanın oğlu Emin Hüseynov şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

    Müəllif: Redaktor, 10:21

    Teqlər:

İsmarıclar bağlıdır.