Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.
    Çağırışçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış oldular.
    Mərasim mərkəzi meydanda davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ziyalıların, veteranların, şəhid ailələrinin, hərbiçilərin, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev açdı. O, əsgəri xidmətə yola salınan gəncləri və onların valideynlərini təbrik edib, çağrışçılara xidmətdə uğurlar arzuladı.
    Sonra keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, əsgər atası Rəsul Səfərov, çağırışçı gənc Nurəddin İbrahimzadə çıxış edərək öz ürək sözlərini bildirdilər.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
    Mərasim konsert proqramı ilə davam etdirildi.
    Sonra çağırışçı gənclər Azərbaycan Bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.