Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Elxan Huseynov həyətyanı torpaq sahəsinin zəbt olunması, Rüstəm Həsənov isə əkin sahəsinə gedən su arxının təmizlənməsi barədə müraciət etdilər.
    Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
    Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışdı və bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:08

    Teqlər:

İsmarıclar bağlıdır.