Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirildi.
    Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, eləcə də yerli mətbuat nümayəndələri iştirak etdilər.
    Tədbir iştirakçıları öncə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 20 Yanvar faciəsinin tariximizdə təkcə faciə kimi deyil, eyni zamanda xalqın öz azadlığı və dövlət müstəqilliyi uğrunda apardığı mübarizə günü kimi də qeyd olunduğunu bildirdi.
    YAP rayon təşklatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova tədbirdə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzə etdi.
    Məruzə ətrafında şəhər 1 saylı tam orta məktəbin müəllimi Lamiyə Əhmədzadə, rayon təşkilatı Qadınlar Şurasının üzvü-Elfuzə Vəliyeva, şəhər 6 saylı tam oarta məktəbin müəllimi Dürdanə Quliyeva, rayon mədəniyyət mərkəzində kitabxanaçı Rüfanə Fərəcli, rayon təşkilatı Qadınlar Şurasının üzvü Arzu Yaqubova çıxış edərək 20 Yanvar faciəsinin mahiyyəti, baş vermə səbəbləri və tariximizdəki rolu barədə söz açdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:11

    Teqlər:

İsmarıclar bağlıdır.