Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi, onlara apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.
    Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev xidmətin 7 il ərzində keçdiyi şərəfli yoldan danışdı.
    Tədbirdə “Tərtər Özünümüdafiə Batalyonu”nun keçmiş qərərgah rəisi Pənah Məmmədov və şəhid atası Bəhruz İsgəndərov çıxış etdilər.
    Sonda xidmətdə fərqlənən bir qrup şəxs Tərtər Rayon İcra Hakimiyyəti və Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.