Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.
    Sonra gənclər adından Umudlu kənd tam orta məktəbin informatika müəllimi Şəbnəm İnqilabzadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı, polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Ülvü Aslanov, mərkəzi rayon xəstəxanasının polikilinika şöbəsinin tibb bacısı Aygün Cəfərli, “N” saylı hərbi hissənin gənc zabiti Zamir Mənsimov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs etdilər. Son zamanlar anti-Azərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikal müxalifətin çağırışlarını qətiyyətlə rədd etdiklərini, Möhtərəm cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimadı layiqincə doğruldacaqlarını bildirdilər.
    “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Tərtər rayon prokuroru Şıxəli Alməmmədov çıxış edərək gəncləri təbrik etdilər, gələcək işlərində müvəffəqiyyətlər arzuladılar.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, rayonda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
    Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:44

    Teqlər:

İsmarıclar bağlıdır.