Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
    Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara lazımı tapşırıqlar verildi.
    Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı və bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
    * * *
    Növbəti səyyar qəbul-görüş Qaradağlı və Hüsənli kəndlərində keçirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.