Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    1325848350_inekBiz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var.
    Biz mallardan cins bala alınması üçün rayon baytarlıq idarəsinin süni mayalanma texniki Malik Allahverdiyevin köməyin-dən istifadə edirik. Bizim təsərrüfatda doğulan buzovların hamısı “ala-qara“ və “lebedin” cinsindəndir.
    Bu yaxınlarda ölkə Prezidenti möhtərəm İlham Əliyevin heyvandarlığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar heyvandarlıqla məşğul olan insanların maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.
    Bu sərəncamların hər biri insanları daha yaxşı işləməyə, heyvandarlığı hər vasitə ilə inkişaf etdirməyə sövq edir.

    Şahlar ABDULLAYEV,
    Ağkənd kəndində ailə-fermer
    təsərrüfatının başçısı

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.