Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek
    İqtisadiyyat Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    CƏBHƏ BÖLGƏSİNƏ XÜSUSİ DƏSTƏK VAR

    Prezident İlham Əliyev cəbhə bölgələrinə diqqətin dövlət üçün prioritet olduğunu dəfələrlə konkret əməllə sübut etmişdir. Bu diqqətdən Tərtərə və tərtərlilərə də yetərincə pay düşmüşdür. Dövlət başçısının bölgəyə vaxtaşırı səfərləri artıq ənənəyə çevrilmişdir.
    Bu səfərlər rayonun dinamik sosial-iqtisadi inkişafına güclü təkan vermiş, rayon əhalisinin sosial müdafiəsinin güclənməsinə səbəb olmuşdur. Yeni yollar, körpülər, qaçqın və məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, müxtəlif sosial obyektlər həmin səfərlərin yaddaqalan ünvanlarıdır.
    Artıq 2018-ci il başa çatmaq üzrədir. Uğurlu illər sırasına daha biri də əlavə olunur. Dövlət başçısının sərəncamına uyğun olaraq, bu il Tərtər şəhərində çoxmənzilli 20 yaşayış binası təmir olunmuş, 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması başa çatdırılmışdır. Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 21 kilometrlik hissəsində əsaslı təmir, eləcə də Olimpiya İdman Kompleksinin, Xalça istehsalı emalatxanasının, Bayraq muzeyinin və şəhərdəki 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi isə davam edir. Şəhər 6 saylı tam orta, Qazyan kənd ümumi orta məkəblərin binaları, Seydimli kənd tam orta məktəbin bir korpusu da əsaslı təmir olunmuş, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    İqtisadiyyat Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün şərhlər bağlıdır

    SAHİBKARIN VƏZİFƏSİ CƏMİYYƏTƏ FAYDA VERMƏKDİR

    Yeni iqtisadi təfəkkürün formalaşması

    Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış gənс respublikamızın qarşısında duran başlıca vəzifələrdən biri, bazar iqtisadiyyatına keçid şəraitində, müxtəlif islahatlar həyata keçirməklə, ölkəni yeni yolla aparmaqdan ibarət idi. Lakin o zaman hakimiyyət başında olanlar Azərbaycanın gələcək taleyindən çox öz şəxsi maraqlarını düşündüklərinə görə, nəinki böhrandan çıxmaq mümkün oldu, hətta ölkə parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdi.
    Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük uzaqgörənliklə qarşıda duran vəzifələrin həllinə başladı. Bu, o qədər də asan məsələ deyildi. Iqtisadi islahatların aparılması üçün keçmiş sovet psixologiyasından uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq lazım gəlirdi.
    1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramı bu sahədə atılmış ilk ad-dım oldu. 1995-ci ildən başlayaraq iqtisa-diyyatımız inkişaf mərhələsinə qədəm qoydu. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    İqtisadiyyat 2017- ci İLİN YANVAR – İYUN AYLARINDA TƏRTƏR RAYONUNUN ƏSAS SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır

    f08d1746-188d-433e-bc31-7377aad80865 (1)Tikinti
    2017-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 158,1 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 7,1 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 57 milyon 545,5 min manatı və ya 87 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir..
    2017-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 83,87 faizi tikinti işlərinin, 7,9 faizi sənayenin, 7,8 faizi nəqliyyatın, 0,03 faizi rabitənin, 0,4 faizi isə kənd təsərrüfatının inkişafına sərf edilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 65 miyon 630,1 min manatı və ya 99,2 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 528 min manatı və ya 0,8 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 19May
    İqtisadiyyat Qeyri-neft sektorunun inkişafı mühüm vəzifədir üçün şərhlər bağlıdır

    “MADE İN AZERBAİJAN” BRENDİ DÜNYADA TANINMAQDADIR

    e00b11f1e59035d5090c8372348e4d2fpomidory1Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. 2017-ci ilin birinci rübünün yekunları da bir daha bunu təsdiq edir. Bu ilin üc ayı ərzində ölkə üzrə iqtisadiyyatın qeyri-neft sektoru 2,4, qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5, bitkiçilik 20 faizdən çox, ticarət dövriyyəsi 15, ixrac 50 faiz artıb. Bu müddətdə Azərbaycanda 85 min yeni iş yeri açılıb.
    Bu yaxınlarda Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, qarşıya yeni vəzifələr qoyulub, hədəflər müəyyən olunub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bi-lirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.” Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    İqtisadiyyat QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI RAYONUMUZUN İQTİSADİYYATINI DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK üçün şərhlər bağlıdır

    kimya_senayesi111
    cows_2008082016-cı ilin başa çatmasına bir o qədər də böyük zaman qalmayıb. Bu il biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar artıb. Eyni zamanda daxili inkişafın sürəti yüksəlib. Çünki əgər ölkəmiz beynəlxalq səviyyədə lider dövlətə, söz sahibinə çevrilməsəydi, ölkədəki münbit investisiya mühitini, sabitliyi, əmin-amanlığı da təmin etmək mümkün olmazdı.
    2016-cı ilin ötən dövrü ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ixrac-yönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkəmizdə xeyli işlər görülüb.
    Belə addımlardan biri “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanıdır.
    Prezident İlham Əliyev cari ildə ölkəmizin qərb rayonlarına səfəri zamanı Azərbaycanda mövcud olan ənənəvi sahələrin, xüsusən pambıqçılığın, baramaçılığın, bağçılığın inkişafını mühüm bir məsələ kimi qarşıya qoymuş, eyni zamanda həyata keçirilən yeni islahatlarıın artıq səmərə verdiyini qeyd etmişdir: “Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    İqtisadiyyat 2016-cı İLİN BİRİNCİ YARISINDA TƏRTƏR RAYONUNUN SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır

    Optimized-kend-teserrufati-masini-kombaynKənd təsərrüfatı. Bu ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 34 milyon 275 min manat təşkil et-mişdir. Onun 21 milyon 323 min manatı bitkiçilik məhsullarının həc-mi, 12 milyon 952 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 1,7 faiz artmışdır.
    46ffc929c931cc86d2cc612c01672a2bBitkiçilik. İyulun 1-i vəziyyətinə olan məlumatlara görə 5965,6 hektar sahə-də yazlıq bitkilər əkilmişdir. İyulun 1-i vəziyyətinə 12 min 99 hektar taxıl sahəsndən 40 min 825 ton taxıl məhsulları toplanmışdır. Hər hektardan orta hesabla 33,7 sentner məhsul götürülmüşdür. Biçilmiş 7817 hektar buğda sahəsindən 29 min 178 ton buğda, 4282 hektar arpa sahəsindən 11 min 647 ton arpa məhsulu toplanmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur.
    Mövsümün əvvəlindən bəri 627,1 ton lobya, 339,8 ton qarğıdalı, 5375 ton kartof, 10646 ton tərəvəz, 627,1 ton lobya, 1535 ton meyvə istehsal edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    İqtisadiyyat SAHİBKARLARA DİQQƏT GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 006Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan geniş imkanlar bu gün bizdən öz işimizə yenidən baxmağı, dünyadakı müasir təcrübəni öyrənib mənimsəməyi tələb edir.
    Ailəmizin üzvləri həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olurlar. Müasir tələblərə cavab verən heyvandarlıq kompleksimiz var. Burada 100 baş iribuynuzlu mal-qara saxlanılır. Təsərrüfatımızda süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsulla alınan balalar çox məhsuldar olmaqla yanaşı sürətlə inkişaf edir.
    Heyvandarlığın yem bazasını da öz gücümüzlə yaratmağa çalışırıq. Belə ki, 15 hektar sahədə taxıl, yonca və arpa əkir, müasir becərmə texnologiyalarından istifadə etməklə yüksək məhsul götürürük. Bununla yanaşı, təsərrüfatımızda yemüyüdən aqreqat quraşdırmışıq. Biçilən məhsul burada üyüdüldükdən sonra mallara verilir ki, bu da həm onun keyfiyyətini yüksəldir, həm də itkilərin qarşısını alır. Eyni zamanda qonşu təsərrüfatların sahibkarları da xidmətimizdən yararlana bilirlər.
    Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən illərə nisbətən indi un dəyirmanlarının sayı xeyli çoxalıb. Ancaq etiraf edək ki, müasir dəyirmanlarda üyüdülən tamamilə kəpəksiz və müxtəlif əlavələr qatılmış undan bişirilən çörək səhhətimiz üçün o qədər də faydalı deyil. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    İqtisadiyyat HƏR KƏS FƏAL İŞLƏMƏLİDİR Kİ,QARŞIDAKI VƏZİFƏLƏR İCRA EDİLSİN üçün şərhlər bağlıdır

    Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekun-larına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Cənab Prezident iclasda giriş və yekun nitqi söyləyib. Ötən il dünyada və Azərbaycanda baş verən hadisələri ətraflı şərh edən ölkə başçısı göstərib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Daha ətraflı »

    Teqlər:

  • 25Dek
    İqtisadiyyat ŞAXTA BABANIN TƏRTƏR SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

    img1278574

    DSC_3198Şaxta Baba çiynində iri çanta, əlində hasa dağlardan enib gəlib çıxdı Tərtərə. Şəhərin mərkəzində ucaldılmış Saat Qülləsinin yanında ayaq saxladı. Daha ətraflı »

    Teqlər:

  • 05Noy
    Sosial Sahibkarlara siyasi dəstək verilir üçün şərhlər bağlıdır

    Bu günlərdə möhtərəm cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarların qəbul edilməsi rayonumuzun sahibkarları tərəfindən razılıq hissi ilə qarşılanıb. Mən onların hamısının fikrini ifadə edirək bizə göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimizə təşəkkür edirəm. Daha ətraflı »

    Teqlər: