Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    DSC_7910Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, müdafiə və fövqəladə hallar nazirliyinin nümayəndələri ilə birlikdə təmas xəttində yerləşən, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Qapanlı kəndində olub, sakinlərlə görüş-qəbul keçirib, onları narahat edən məsələlərlə maraqlanıb. Qəbulda kənd sakinləri tərəfindən olunan müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri isə icra olunması üçün nəzarətə götürülüb.
    Burada əsas sosial problemlər həll olunub, qaz, su, işıq, telefon təchizatı nor-maldır, yol təmir olunub, müasir gecə işıqlandırılması sistemi quraşdırılib. Hazırda kənddə müasir tələblər səviyyəsində tibb məntəqəsi tikilir. Kənd təmas xəttinə yaxın yerləşdiyi üçün sakinlərə xidmət üçün rayon mərkəzi xəstəxanası tərəfindən təcili tibbi yardım maşını və hə-kim briqadası ayrılıb.
    Səyyar qəbuldan sonra raИзображение 089yon rəhbəri sentyabrın 1-də ermənilər tərəfindən Qapanlı kəndində toy mağarının atəşə tutulması nəticəsində yaralanan sakinlər Mədinə Əhmədovaya, azyaşlı Zəhra Əlizadəyə və hazırda Bərdə şəhər Diaqnostika Mərkəzində ağır əməliyyat olunaraq müalicə alan Müşkünaz Əliyevaya baş çəkib. O, yaralıların vəziyyəti ilə maraqlanıb, bu barədə həkimlərlə söhbət edib. Rayon rəhbəri bildirib ki, ölkə rəhbəri tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər rayonuna xüsusi diqqət və qayğı göstərilir. Ordu və xalqın birliyi möhkəmdir. Qapanlı kəndi mütəmadi surətdə atəşə tutulmasına baxmayaraq, burada həyat öz axarı ilə davam edir.
    Kənd sakinləri respublika Prezidenti cənab İlham Əliyevə onlara göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.