Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Okt
    Tərtər RİH-də DOQQUZ AYIN YEKUNLARI MÜZAKİZƏ EDİLİB üçün şərhlər bağlıdır

    NƏTİCƏLƏR UĞURLUDUR

    Изображение 003Cari ilin doqquz ayında Tərtər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2015-ci ilin doqquz ayı ərzində Tərtər rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzə söyləyib. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Tərtər RİH-də Rayon rəhbəri ilə gənc müəllimlərin görüşü üçün şərhlər bağlıdır

    DSC_8125Cari tədris ilində rayonumuzun ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə 18 nəfər yeni müəllim işləyəcək. Bunlar Təhsil Nazirliyinin keçirdiyi imtahandan müvəffəq nəticələr əldə edərək, vakant yerlərə qəbul olunan gənclərdir. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Tərtər RİH-də İcra başçısı təmas xəttində yerləşən Qapanlı kəndinin sakinləri ilə görüşdü üçün şərhlər bağlıdır

    DSC_7910Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, müdafiə və fövqəladə hallar nazirliyinin nümayəndələri ilə birlikdə təmas xəttində yerləşən, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Qapanlı kəndində olub, sakinlərlə görüş-qəbul keçirib, onları narahat edən məsələlərlə maraqlanıb. Qəbulda kənd sakinləri tərəfindən olunan müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri isə icra olunması üçün nəzarətə götürülüb. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Tərtər RİH-də Səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    DSC_7323Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Cəmilli kəndində keçirildi. Görüşə həmçinin qonşu kəndlərin sakinləri də gəlmişdilər.
    İcra başçısı və qonaqlar məktəbin həyətindəki şəhidlər abidə-kompleksini ziyarət etdilər və önünə gül dəstələri qoydular. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Tərtər RİH-də 2015-ci ilin birinci yarısına yekun vuruldu üçün şərhlər bağlıdır

    NAİLİYYƏTLƏRİN RƏHNİ ZƏHMƏTDİR

    DSC_6817Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqi ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabatı dinlənilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 24İyl
    Tərtər RİH-də QƏLƏMİNİZ İTİ, SÖZÜNÜZ KƏSƏRLİ OLSUN! üçün şərhlər bağlıdır

    Əziz mətbuat işçiləri! Qəzetin baş redaktoru Tofiq Yusifin rəhbərliyi ilə “Yeni Tərtər”in bütün kollektivini Azərbaycan milli mətbuatı yaradılmasının 140 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun Ramazan bayramı münasibəti ilə təbriki üçün şərhlər bağlıdır

    Hörmətli tərtərlilər, əziz bacı və qardaşlarım!
    Hər birinizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə cansağlığı, bol ruzi-bərəkət və sülh arzulayıram.
    Ayların sultanı olan Ramazan öz mənəvi dəyərlərinə görə müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu ay ilk növbədə mənəvi paklıq, saflıq, bərabərlik, mərhəmət ayıdır, insanları bir-birinə yaxınlaşdıran, imkanlıların imkansızlara əl uzatdığı bir aydır. Tanrı məqamında Ramazan ayının savabı çox uca tutulur.
    70-illik sovet rejimi dövründə islamın digər vacib dəyərləri kimi Ramazan ayının məziyyətlərini də bizə unutdurmaga çalışsalar da, bu mümkün olmamışdır. İndi müstəqil ölkəmizdə dövlətdin münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm uğurlar əldə edilib. Bu münasibətlərdə milli-mənəvi dəyərlərimizin, dinimizə uyğun qaydaların gözlənilməsi əsas şərt sayılır. Hazırda Azərbaycan xalqı milli-mənəvi, islami dəyərlərin qloballaşan dünyada qorunması üçün bütün imkanlardan istifadə edir.
    Ramazan ayı ərzində hər kəs Ulu Yaradandan arzu və istəklərinin hasil olunması üçün dualar edir. Allah dualarınızı qəbul etsin.
    Rəbbimiz ümumi arzumuzu – Qarabağ münaqişəsinin həllində bizə kömək olsun, qaçqın və köçkün soydaşlarımız öz yurd-yuvalarına dönsünlər.
    Sizi bir daha “Qurani–Kərimin” nazil olduğu müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə təbrik edir, hər birinizə Azərbaycanımızın daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

    Teqlər:

  • 02İyl
    Tərtər RİH-də Dövlət Qulluqçularının peşə bayramı üçün şərhlər bağlıdır

    DSC_5643 Bu münasibətlə keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül  dəstələri qoyub, xatirəsini etiramla andılar. Sonra tədbir rayon Gənclər  Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqil respublikamızın hər yerində olduğu kimi 9 ildir ki, rayonumuzda da Dövlət Qulluqçularının peşə bayramı təntənə ilə qeyd olu-nur. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət Qulluqçularının peşə bayramı günü elan edilib. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Tərtər RİH-də Bayandur kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

     

    DSC_4864(1)
    Görüşdə əvvəlcə Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Kamran Əhmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.
    Sonra sakinlərdən Yusif Muradov, Qəzənfər Baxışov, Gilas Əsədova, Əbülfət İbrahimov, Rahiyyə Məmmədova, Əfruz Hüseynova və digərləri çıxış dərək kəndin mavi ya-nacaq və içməli su ilə təmin olunduğundan, hər bir evə telefon xəttinin çəkildiyindən, müasir asfalt yolun salındığından, eləcə də son aylarda rayo-numuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Tərtər RİH-də Rayon rəhbərinin növbəti səyyar görüş-qəbulu üçün şərhlər bağlıdır

    DSC_3412Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Təzəkənd kəndində keçirilmişdir.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açmışdır.
    Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında məlumat vermişdir. Bildirmişdi ki, kənd 205 təsərrüfat olmaqla əhalisinin sayı 875 nəfərdir. Daha ətraflı »

    Teqlər: