Avropa Şurası Parlament Assambleyasının Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məh-rum edilməsi” üzrə məruzəisi xanım Milisa Markoviçin Azərbaycanda fakt-araşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsi olan Tərtər rayonunda görüşü keçirilib. Səfər çərçivəsində gələn nümayəndələri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm- mədov qarşılayıb. Sonra görüş proqrama uyğun rayon icra hakimiyyəti başçısının otağında davam etdirilib.
Görüşdə rayon rəhbəri aqrar rayon olan Tərtərin əkin sahələrinin suvarılması üçün əsas mənbəyin Sərsəng və Madagiz su anbarları olduğunu, lakin Sərsəng və Madagiz su anbarlarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər və ətraf rayonlara suvarma suyunun verilməməsinin bu rayonların iqtisadiyyatına hər il ciddi zərər vurduğunu qonaqların diqqətinə çatdırıb.
Müstəqim Məmmədov qeyd edib ki, “Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız-qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün subasma təhlükəsi yaradır, onların əhali-sini daim qorxu və təşviş içində saxlayırlar. Suvarma dövründə isə sutka ərzində 2-4 saat su buraxılır ki, bu da sahələrə çatmadan mənbədən kəsilir.
Su anbarının subasma zonasında yerləşən Tərtər, Bərdə sakinləri, eləcə də Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağ-daş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə ya-xın insan, ermənilərin məq- sədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır.
Milisa Markoviç səmimi qəbula görə təşəkkürünü bil-dirib, artıq ikinci dəfə Tərtər rayonuna səfər etdiyini diq-qətə çatdırıb, həmçinin rayon sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib.
Milisa Markoviç toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə Parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.
-
07Sen
Müəllif: Redaktor, 13:12
Teqlər: Xəbərlər