Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    DSC_8125Cari tədris ilində rayonumuzun ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə 18 nəfər yeni müəllim işləyəcək. Bunlar Təhsil Nazirliyinin keçirdiyi imtahandan müvəffəq nəticələr əldə edərək, vakant yerlərə qəbul olunan gənclərdir.
    Gənclər Mərkəzində həmin müəllimlərlə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun görüşü keçirilib. Tədbiri təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açıb. Müəllim kimi şərəfli bir peşəyə yiyələnmiş gəncləri işə başlamaları münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
    Rayon rəhbəri gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək, onların arzu və istəklərini öyrənib. Bildirib ki, bütün peşələr məsuliyyətlidir, bunların arasında müəllim əməyinə xüsusi hörmət var. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Təhsil millətin gələcəyidir.”
    Gənc müəllimlər ilk gündən işə həvəslə başlayacaqlarını, Tərtər təhsilinin inkişafına sanballı töhvələr verəcəklərini bildiriblər.

    Müəllif: Redaktor, 10:07

    Teqlər:

İsmarıclar bağlıdır.