Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    IMG_2869Bu günlərdə rayonumuzun daha bir yaşayış məntəqəsinə –Təzəkənd kəndinə qaz yanacağı verilib və bu münasibətlə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov açıb və Təzəkənd kəndinə qaz yanacağı verilməsinə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə dərin təşəkkürünü bildirib.
    Tədbirdə kənd ağsaqqalı, təqaüddə olan müəllim Həmid İbrahimov çıxış edərək bildirib ki, bizim kənddə 875 nəfər əhali yaşayır. 190 fərdi yaşayış evinə qaz çəkilib. Hər bir evdə sayğac quraşdırılıb. Mən hər bir kənd sakini adından öncə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür edirəm.
    Təzəkənd kənd ümumi orta məktəbinin direktou Azər Həsənov qeyd edib ki, bu sahədə əməyi olan insanların hər birinə minnətdarlığımızı ifadə edirik.
    Kənd sakini Rahilə Məmmədova çıxışında göstərib ki, kəndə mavi yanacağın verilməsi biz qadınların zəhmətini yüngülləşdirir.
    Qaz açılışı tədbirində iştirak edən “Azərqaz” İstehsalat Birliyi Mətbuat Xidmətinin rəisi İbrahim Kəlbəliyev çıxış edərək, kənd sakinlərinə göz-aydınlığı verib. Qeyd edib ki, hər hansı kəndə, qəsəbəyə qaz yanacağı veriləndə orada təbi-ətə vurulan ziyan azalır. Çünki ağacların, yaşıllıqların qırılması işi dayanır.
    Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış etdi, sakinlərə: “Xeyirli-uğurlu olsun!”-dedi, hər kəsin evində bu qaz yanacağından xeyir işlərdə istifadə edilməsini arzuladı. Göstərdi ki, bu da ölkə Prezidenti möhtərəm İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğının daha bir nümunəsidir.
    Sonda Müstəqim Məmmədov kənd ağsaqqalı Həmid İbrahimovla birlikdə məşəli şölələndirdi.

    Müəllif: Redaktor, 10:17

    Teqlər: ,

İsmarıclar bağlıdır.